Ermənistanın baş naziri Nikol Paşinyan dəvət olunacağı təqdirdə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gedəcəyini açıqlayıb.
Gündəm24.az xəbər verir ki, Paşinyan bunu Milli Assambleyada hökumətlə sual-cavab sessiyası zamanı bildirib.
“Mən demişəm ki, 2029-cu ildə Avropa Siyasi Birliyinin zirvə görüşünə dəvət olarsa, bu andan etibarən Bakıya gedəcəyəm”, – deyə Paşinyan bildirib.













