Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.
Gündəm24.az xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.
Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.
Onun ailə üzvləri Rusiyaya getsələr də, nəşinin harada olmasına dair xəbər ala bilmirlər.
Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.\\“Qafqazinfo”













