ABŞ-ın Texas ştatının San Antonio şəhərində məhkəmə zalında vəkilin geyimi ilə bağlı mübahisə yaranıb.
Gündəm24.az xəbər verir ki, müdafiə vəkili Mariah Medina məhkəmə iclası zamanı hakimin geyimini uyğun hesab etmədiyini və onu digər vəkillərin və təqsirləndirilən şəxslərin qarşısında xəbərdar etdiyini bildirib.
Hakim onu kürsünün kənarına çağıraraq geyiminin münsiflər heyəti qarşısında keçirilən məhkəmə üçün uyğun olub-olmadığını soruşub və avtomobilində pencək olub-olmadığını öyrənməyə çalışıb.
Vəkil isə geyindiyi sadə boz rəngli donunun məhkəmənin yazılı geyim qaydalarını pozmadığını deyib. O, paltarı əvvəllər televiziyada və digər məhkəmələrdə də geyindiyini bildirib.
“Məsələ geyim deyil, bunun hamının qarşısında edilməsi idi. O, məni rüsvay etdi”, – deyə Medina bildirib.
Medina gələcəkdə eyni hakim qarşısında problem yaşamamaq üçün məhkəməyə pencəklə gələcəyini də açıqlayıb.
Hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər vəkilin geyimini normal hesab edərək onu müdafiə edib, digərləri isə məhkəmə zalında son qərarın hakimə aid olduğunu bildiriblər.
Musavat.com
















