Bazar ertəsi, İyun 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ətin üzərindəki möhür zəhər mənbəyidir?

22/06/2026 16:34
Manşet, Müsahibə
42 2
Ətin üzərindəki möhür zəhər mənbəyidir?
56
Baxış sayı

Azərbaycanda satışa çıxarılan ət məhsullarının üzərindəki baytarlıq möhürü istehlakçılar üçün həmin məhsulun yoxlanıldığını və istifadəyə yararlı olduğunu göstərən əsas göstəricilərdən biri hesab olunur. Lakin son günlər bu möhürlərin vurulmasında istifadə edilən boyanın tərkibi ilə bağlı iddialar ictimai müzakirələrə səbəb olub.

Hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bəzi rayonlarda ətlərin üzərinə vurulan möhürlər üçün xüsusi qida boyası əvəzinə kimyəvi məhlullardan istifadə olunduğu barədə məlumatlar aldığını bildirib.

SAHİB YENİ.jpeg (76 KB)

Onun sözlərinə görə, həmin boya ətin üzərindən asanlıqla təmizlənmir, hətta bəzi hallarda qaynama zamanı suyun rəngini dəyişdiyi iddia olunur.

Sahib Məmmədov qeyd edib ki, əgər bu məlumatlar doğrudursa, məsələ ciddi araşdırılmalı və ictimaiyyətə aydın izah verilməlidir.

Mövzu istehlakçıların narahatlığına səbəb olmaqla yanaşı, qida təhlükəsizliyi məsələsini də yenidən gündəmə gətirib.

Bəs ət məhsullarının üzərinə vurulan möhürlər üçün hansı tərkibli boyalardan istifadə edilməlidir? Bu boyaların insan sağlamlığına hər hansı təsiri varmı? Ətin qaynadılması zamanı suyun rənginin dəyişməsi nə ilə bağlı ola bilər? İddia edilən hallar qida təhlükəsizliyi baxımından hansı risklər yaradır və belə məlumatların doğruluğu necə yoxlanılmalıdır?

2026-02-02-14-14-32BaEKmR7oAauf8YnzuvvP_file.jpg (37 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan qida eksperti İlkin Şirinov deyib ki, qida məhsullarının üzərinə vurulan möhürlər sağlamlıq baxımından təhlükəli sayılmır, çünki bu məhsullar qida ilə birbaşa təmasda olduğundan onların hazırlanmasında təhlükəsiz boyalardan istifadə olunur:

“Mütəmadi aparılan yoxlamalar və araşdırmalar zamanı məhsulun üzərindəki möhürün silindiyi müşahidə olunarsa, digər nəzarət orqanları belə bir qənaətə gələ bilər ki, həmin məhsul müvafiq yoxlamadan keçməyib və ya onun üzərində ümumiyyətlə möhür olmayıb. Lakin məhsulun üzərindəki möhürün silinməməsi, onun mütləq təhlükəli maddə ilə möhürlənməsi demək deyil. Bu məqsədlə istifadə olunan rənglər qida üçün nəzərdə tutulmuş xüsusi maddələrdir, qida təhlükəsizliyi baxımından heç bir problem yaratmır və insan sağlamlığı üçün hər hansı bir fəsadı yoxdur”.

Ekspertin sözlərinə görə, əgər möhürlənmə zamanı adi mürəkkəbdən istifadə olunarsa, bu, müəyyən problemlərə yol aça bilər:

“Ət və ya digər quş əti məhsullarının üzərinə adi mürəkkəblə ştamp vurulduqda, o, səthdə qalıcı olmur. Belə ki, üzərinə hər hansı bir maye düşdükdə və ya silindikdə həmin mürəkkəb asanlıqla təmizlənib gedir. Adi mürəkkəb qida üçün nəzərdə tutulmadığından insan sağlamlığına ziyan vura bilər. Burada əsas diqqət yetirilməli olan məqam möhürün özü deyil, möhürləmədə istifadə olunan boyaların tərkibidir. Bu boyaların qida sektorunda istifadəsinə mütləq icazə verilməli və onların qida ilə təmas sənədləri olmalıdır. Yalnız standartlara cavab verən boyalardan istifadə olunmalıdır.

Ətin bişirildikdə və ya saxlanıldıqda göy rəngə çalmasına gəldikdə isə, bu, çox vaxt möhürlə bağlı olmur. Bu hal ətin spesifik xüsusiyyətlərindən və keyfiyyətindən irəli gələ bilər. Məlumdur ki, ət müəyyən müddət qaldıqdan sonra onda əvvəlcə yapışqanlıq xüsusiyyəti yaranır, daha sonra isə rəngində göyərmələr müşahidə olunmağa başlayır. Bu cür göyərmələrə daha çox heyvan cəmdəyinin damarlı, qanla zəngin olan hissələrində rast gəlinir. Bir sözlə, ətdəki bu rəng dəyişiklikləri möhürün boyasından deyil, birbaşa ətin keyfiyyət göstəricilərindən və saxlama şəraitindən asılıdır”.

Oxşarxəbərlər

Prezident sərəncam imzaladı
Manşet

Prezident sərəncam imzaladı

22/06/2026 15:28
56
SON DƏQİQƏ!Prezident İlham Əliyev mühüm BƏYANATA İMZA ATDI
Manşet

SON DƏQİQƏ!Prezident İlham Əliyev mühüm BƏYANATA İMZA ATDI

22/06/2026 13:09
57
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi – Foto
Manşet

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi – Foto

22/06/2026 11:53
53
Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu
Manşet

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
55
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
Manşet

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22/06/2026 11:10
56
Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu
Manşet

Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu

22/06/2026 11:02
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda 4 nəfərin öldüyü hadisənin ürəkdağlayan detalları – Meyitlər belə çıxarıldı

Bakıda 4 nəfərin öldüyü hadisənin ürəkdağlayan detalları – Meyitlər belə çıxarıldı

22/06/2026 20:57
50
Baş nazirdən daha bir qərar

Baş nazirdən daha bir qərar

22/06/2026 20:23
54
Təhsil kreditləri ilə bağlı ÖNƏMLİ XƏBƏR – Yenidən…

Təhsil kreditləri ilə bağlı ÖNƏMLİ XƏBƏR – Yenidən…

22/06/2026 20:00
50
Göygöldə maşın aşıb, xəsarət alanlar var

Göygöldə maşın aşıb, xəsarət alanlar var

22/06/2026 19:50
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
55

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.