Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI

23/06/2026 13:40
Manşet, Siyasət
810 25
Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI
691
Paylaşım sayı
960
Baxış sayı

“Biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq.” 

Azərbaycan Prezidenti İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi bu strateji fikirlər ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində növbəti böyük addımların atılmasından xəbər verir. Dövlət başçısının qeyri-neft sektorunun inkişafı və ixracatın şaxələndirilməsi ilə bağlı qarşıya qoyduğu bu mühüm hədəflər, ölkənin gələcək iqtisadi dayanıqlılığının təmin olunmasında əsas stimul rolunu oynayır.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov Oxu24.com-a açıqlama verib. Dövlət başçısının xarici siyasətində iqtisadi diplomatiyanın xüsusi çəkisi olduğunu vurğulayan Vüqar Bayramov bildirib ki, Azərbaycan təkcə regional deyil, daha geniş coğrafiyada qeyri-neft tərəfdaşlığını dərinləşdirmək niyyətindədir:

“Azərbaycan Prezidentinin istər Türkmənistan rəhbərliyi, istər digər qardaş türk dövlətləri, istərsə də Avropa və Asiya ölkələri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdə mətbuata açıqlamalarının ana xəttini məhz enerjidən kənar sektorlarda əməkdaşlığın gücləndirilməsi təşkil edir. Azərbaycan qeyri-neft-qaz sahəsində əməkdaşlığı şaxələndirmək xəttini uğurla davam etdirir. Bu regional yaxınlaşma və imzalanan iqtisadi müqavilələr bizim yerli məhsulların xarici bazarlara çıxışını asanlaşdırır və ixracatın artırılması baxımından olduqca vacib platformadır”.

 

Milli Məclisin deputatı ölkənin qeyri-neft ixracındakı mövcud dinamikanı rəsmi rəqəmlərlə diqqətə çatdırıb:

“Son iqtisadi göstəricilər və rəsmi statistika da sübut edir ki, islahatlar artıq öz bəhrəsini verir. Belə ki, bu ilin ilk 4 ayının yekunlarına görə Azərbaycanın qeyri-neft-qaz ixracı 4.4 dəfə artıb. Sözsüz ki, bu ciddi sıçrayışın əsas drayverlərindən biri dünya bazarlarında qızılın qiymətinin əlverişli olması və ölkəmizdə qızıl ixracatının kəskin yüksəlməsidir. Lakin iqtisadi analizlər göstərir ki, artım təkcə qiymətli metallarla məhdudlaşmır; bir sıra digər sənaye və aqrar istiqamətlərdə də qeyri-neft sektoru üzrə ixrac potensialı yüksələn xətt üzrə inkişaf edir”.

 

Azərbaycanın beynəlxalq ticarətdə rəqabətədavamlı ola biləcəyi spesifik sahələrə toxunan iqtisadçı-ekspert dövlət dəstəyinin mexanizmlərini belə izah edib:

“Qeyri-neft sektorunda dayanıqlı artıma nail olmaq üçün bizim qlobal bazarda müqayisəli üstünlüyə malik olduğumuz sahələrin hədəf seçilməsi və dövlət təşviq alətlərindən (ixrac subsidiyaları, güzəştli kreditlər, vergi və gömrük azadlıqları) daha sıx istifadə edilməsi vacibdir. Azərbaycanın xüsusən qida sənayesində, kənd təsərrüfatında, yüngül sənayedə, eləcə də regional qovşaq rolunu oynayan nəqliyyat və loqistika sahəsində çox böyük potensialı və coğrafi üstünlükləri var”.

 

Sonda aqrar sektorun strateji əhəmiyyətinə xüsusi yer ayıran Vüqar Bayramov, bu sahənin həm məşğulluq, həm də ölkəyə xarici valyuta gətirilməsi baxımından əvəzsiz olduğunu qeyd edib:

“Hazırda qeyri-neft ixracatımızda qızıldan sonra ikinci ən böyük pay məhz kənd təsərrüfatı məhsullarının üzərinə düşür. Bu isə o deməkdir ki, aqrar sektorun texnoloji cəhətdən yenilənməsi, emal sənayesinin qurulması və bu istiqamətdə özəl sektorun daxili və xarici investisiyalarının stimullaşdırılması dövlətin prioritetidir. Biz kənd təsərrüfatını daha çox dəstəkləməklə həm yerli istehsalı gücləndiririk, həm də ixrac bazarlarımızı genişləndiririk. Bu isə nəticə etibarilə neftdənkənar sektorlardan ölkə iqtisadiyyatına, bank sisteminə daha çox dayanıqlı valyuta axınının daxil olmasına birbaşa imkan yaradır. Mövcud regional iqtisadi reallıqları, qonşu bazarların tələbatını nəzərə alsaq, qida, kənd təsərrüfatı və yüngül sənaye üzrə Azərbaycanın ixrac potensialı gələcəkdə daha yüksək dividendlər vəd edir”.

Oxşarxəbərlər

İraqdan İranla bağlı qərar
Manşet

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
978
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü
Hadisə

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
956
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Siyasət

Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib

21/09/2026 23:12
954
Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı
Dünya

Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı

21/09/2026 22:49
955
Sumqayıtda maşın piyadanı vurub öldürdü
Hadisə

Sumqayıtda maşın piyadanı vurub öldürdü

21/09/2026 22:25
1k
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
971

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
978
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
960
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
956
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.