Müdafiə Nazirliyi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə videoçarx hazırlayıb.
Gündəm24.az xəbər verir ki, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin keçirdiyi təlimlərdən görüntülərin əks olunduğu videoda Vətən müharibəsində Qələbə münasibətilə Azadlıq meydanında təşkil olunan paraddan kadrlar da əksini tapıb.
Bundan başqa, videoda Azərbaycan Ordusuna məxsus texnika, qırıcı təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, döyüş gəmiləri nümayiş etdirilib.
Videonu təqdim edirik:













