Cümə axşamı, İyun 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI

25/06/2026 18:18
Manşet, Siyasət
40 0
Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI
51
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması və strateji sahələrdə nəzarətin gücləndirilməsi məqsədilə genişmiqyaslı struktur islahatlarına start verib. Dövlət başçısının imzaladığı yeni fərmanla bir sıra qurumların fəaliyyəti yenidən təşkil edilib, bəzi sahələrdə isə tamamilə yeni idarəetmə modelləri tətbiq olunub.

Gündəm24.az xəbər verir ki, islahatların ən mühüm istiqamətlərindən biri ölkənin strateji ehtiyatlarının idarə olunmasıdır. Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılıb. Bu qurum strateji əhəmiyyətli malların ehtiyatının formalaşdırılması, idarə olunması və daxili bazarda qiymət dəyişmələrinin qarşısının alınması üçün tənzimləyici funksiyaları həyata keçirəcək.

Dövlət idarəçiliyindəki digər bir dəyişiklik işğaldan azad edilmiş ərazilərdəki bərpa-tikinti prosesini əhatə edir. İndiyədək publik hüquqi şəxs statusunda fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətləri (Ağdam, Füzuli, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə) məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilir. Bu addım işğaldan azad olunan bölgələrdəki infrastruktur layihələrinin icrasında idarəetmənin daha çevik və kommersiya prinsiplərinə uyğunlaşdırılmasını hədəfləyir.

Bundan əlavə, bir sıra sahəvi qurumların hüquqi statusunda dəyişikliklər edilib. Kino Agentliyi, Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi kimi strateji qurumlar yenidən təşkil edilərək yeni statuslarla fəaliyyətlərini davam etdirəcəklər.

Prezidentin bu qərarları dövlət aparatının optimallaşdırılması, büdcə vəsaitlərinin təyinatı üzrə daha səmərəli xərclənməsi və idarəetmədə çevikliyin təmin olunması istiqamətində həyata keçirilən sistemli islahatların növbəti mərhələsi kimi qiymətləndirilir.//nocomment.az

Oxşarxəbərlər

Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı
Manşet

Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı

25/06/2026 17:21
51
Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI
Manşet

Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI

25/06/2026 16:34
67
Prezident bu hərbçiləri təltif etdi
Manşet

Prezident bu hərbçiləri təltif etdi

25/06/2026 16:23
68
Prezident gömrük sistemi ilə bağlı fərman imzaladı
Manşet

Prezident gömrük sistemi ilə bağlı fərman imzaladı

25/06/2026 16:22
57
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib
Siyasət

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib

25/06/2026 16:21
55
İlham Əliyev 8 fərman imzaladı
Manşet

İlham Əliyev 8 fərman imzaladı

25/06/2026 16:10
65

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yayda idman edənlərin DİQQƏTİNƏ: Bu səhv sizi öldürər

Yayda idman edənlərin DİQQƏTİNƏ: Bu səhv sizi öldürər

25/06/2026 19:56
50
Bakıda “Range Rover” qəza etdi: Yaralılar var

Bakıda “Range Rover” qəza etdi: Yaralılar var

25/06/2026 19:48
50
Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi

Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi

25/06/2026 18:20
50
Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi

Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi

25/06/2026 18:20
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
63

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
53

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In