2025-ci il avqustun 9-u səhər saat 6 radələrində polisə zəng vurularaq məlumat verilir ki, Zabratda istixana kombinatı adlandırılan ərazidə yerləşən yaşayış evində 1996-cı il təvəllüdlü İkram Piriyev öldürülüb.
Hadisə araşdırıldıqca ortaya dəhşətli faktlar çıxır… Bəlli olur ki, İkram Kərimov yatarkən yuxuda öldürülüb və onun ölümü əvvəlcədən planlaşdırlıb. Qatilin anasının telefonundan polisə zəng edilib, hətta polisi qarşılayaraq dəqiq ünvana da elə qatilin özü gətirib. Daha sonra bəlli olub ki, qatillə mərhumun həyat yoldaşının uzun müddətdir münasibəti var… Onların mesajları üzə çıxdıqda isə hər şey aydın olur… Qapını açıq saxla, bu gecə o ölməlidir, deyərdik özünü öldürüb, uzaq başı 10-15 il yatıb çıxacam… 21 yaşlı ali təhsilli şəxs tərəfindən törədilən dəhşətli cinayət işini təqdim edirik.
Davamı TV11-in videomaterialında…













