Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kreditlərlə bağlı vacib qərar: oktyabrdan etibarən…

29/06/2026 11:17
İqtisadiyyat
819 17
Kreditlərlə bağlı vacib qərar: oktyabrdan etibarən…
692
Paylaşım sayı
961
Baxış sayı

“Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bankdan dəyişiklikləri məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndiriblər”.

Gündəm24.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu ilin oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır:

“Yəni, riskləri nəzərə alaraq vətəndaş özü məsafədən kredit təklifini məhdudlaşdıra biləcək. Bu zaman, istənilən vətəndaşımız Azərbaycan Kredit Bürosu üzərindən sorğu yerləşdirməklə bütün kredit təşkilatlarında məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcək. Yeni dəyişikliklərə əsasən, vətəndaşlar müştərisi olduqları kredit təşkilatına birbaşa müraciət etməklə yalnız həmin təşkilata məhdudiyyət tətbiq edə biləcəklər. Kredit təşkilatları məsafədən kredit rəsmiləşdirilmədən öncə bu qadağanı yoxlamalı və yalnız məhdudiyyət qoyulmadığı halda krediti verməlidirlər”.

Millət vəkili qeyd edib ki, qaydalarda digər dəyişiklik məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə vəsaitlərin verilməsində “gözləmə müddəti”nin tətbiq edilməsidir:

“Belə ki, kreditin məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra hesaba oturacaqdır. Mərkəzi Bank tərəfindən məsafədən kredit ilə bağlı qadağaların tətbiqi müsbət addım olsa da belə, bu daha çox ənənəvi yanaşmadır. Aydındır ki, bu qadağaların tətbiqinə səbəb məsafədən kredit rəsmilləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir. 2024-2025-ci illəri əhatə edən dövrdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib və 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb. Bütün bunlar, qadağalar ilə yanaşı və yəqin ki, onlardan daha çox vacib olan təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb. Azərbaycan Kredit Bürosu üzərindən bu məsələ ilə bağlı sorğu yerləşdirənlərin sayının çox olacağını proqnozlaşdırmaq çətindir. Belə olan halda, qadağa hüququndan istifadə edəcək vətəndaşlarımızın statistikası yeni qaydaların hansı formada səmərəli olduğunu göstərəcək.

“Gözləmə müddətinin” tətbiqi müsbət hal olsa da belə, daha məqsədəuyğun olardı məsafədən kreditləşmədə tranşlar tətbiq olunsun. Minimum əməkhaqqının iki misli bəzi kreditlər üzrə çox az, bəziləri üçün isə kreditin əhəmiyyətli hissəsidir. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, minimum əməkhaqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin”.

V.Bayramov bildirib ki, çox vacib məqamlardan biri də maarifləndirmədir:

“Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir”.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
958
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

09/10/2026 16:48
962
Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

09/10/2026 15:29
951
Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

09/10/2026 15:00
952
Bu şayiə erməniləri təşvişə saldı

Bu şayiə erməniləri təşvişə saldı

09/10/2026 14:51
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
960

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
960

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
979

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.