Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
İqtisadiyyat, Manşet
770 58
Azərbaycanda bahalaşma gözlənilir?
685
Paylaşım sayı
952
Baxış sayı

Azərbaycanda pul bazasının həcmi yenidən artıb. Oktyabrın 1-nə olan məlumata görə, pul bazası 24,8179 milyard manat təşkil edib. Bu, əvvəlki ayın eyni dövrü ilə müqayisədə 579,1 milyon manat artım deməkdir.

Pul bazasının artması iqtisadiyyat üçün nə deməkdir? Bu artım manatın məzənnəsinə və nəticə etibarilə əhalinin gündəlik xərclərinə necə təsir göstərə bilər? Qarşıdakı dövrdə pul bazasının artması qiymətlərin bahalaşması riskini artırırmı?

Gündəm24.az  xəbər verir ki,  İqtisadçı Vüqar Oruc Musavat.com-a deyib ki, pul bazasının 579,1 milyon manat artaraq 24,8 milyard manata çatması manatın likvidliyinin artması deməkdir:

“Bu göstərir ki, pul bazasının həcminin artması iqtisadi aktivliyi dəstəkləmək imkanlarına malik ola bilər. Yəni bankların, digər maliyyə institutlarının, bank olmayan kredit təşkilatlarının və digər qurumların likvidliyi artdıqca onların kreditləşmə və istehlak kreditləri vermək imkanları genişlənə bilər. Son nəticədə banklardakı aktivlik onların fəaliyyətinin genişlənməsinə səbəb ola bilər. Bankların aktivliyinin və fəaliyyətlərinin genişlənməsi isə onların faiz siyasətində müəyyən korreksiyaların edilməsi zərurətini ortaya çıxara bilər. Çünki bank kreditləri artdıqca onların faizlərində müəyyən azalmaların olması və azaltma siyasətinin aparılması ehtimalı böyüyür, bu da faizlərin aşağı düşməsi ehtimalını yaradır. Bank özü də bir müəssisədir, müəssisəyə daha çox müraciətlər olduqca, proseslərin likvidliyi artdıqca və pul bazasının həcmi genişləndikcə, təbii ki, fəaliyyət imkanları müsbətə doğru irəliləyir və bu da kredit faizlərinə təsirini göstərir. Başqa bir amil də var ki, pul artımı hansı istiqamətə yönələcək və ölkə iqtisadiyyatına necə ötürüləcək. Bu da xüsusi müzakirə olunası məsələdir. Əgər hər hansı bir fəaliyyət istiqamətinə yönəldilməzsə, məhsuldar inkişaf üçün sərf olunmazsa, pul kütləsinin və pul bazasının artımı müəyyən inflyasiya riskinin yaranmasına səbəb ola bilər ki, bu da qiymətlərə təzyiq yaradaraq bahalaşma üçün stimul ola bilər”.

pygbV5B21LpN6a6fF0jZ3EFX5fGHWvZvI9Hw7QhR_1200.jpg (74 KB)

İqtisadçıya görə, bu məsələ valyuta bazarı baxımından da mühümdür:

“Manat likvidliyinin artması dövlət xərcləri və ya başqa kanallardan gələn artımın iqtisadi təsiri ilə eyni olmur. İstər-istəməz artımın hansı mənbədən formalaşmasının çox böyük əhəmiyyəti var. Birmənalı şəkildə pul bazasının həcminin artması inflyasiya olacağı üçün əsas sayıla bilməz. Bu, məhz bundan sonrakı tədbirlərlə bağlıdır. Əgər hökumət operativ şəkildə pul bazasının artmasından istifadə edib ölkə iqtisadiyyatının canlanması üçün layihələrə start verərsə, təbii ki, bu, müsbət nəticələr əldə etməyə imkan yaradacaq. Yox əgər konkret layihələr üzərində yox, sadəcə pul ehtiyatlarının yaradılması istiqamətində addımlar atılacaqsa və mövcud durumda heç bir pozitiv addım dəstəklənməyəcəksə, bu, inflyasiyanın genişlənməsinə və artmasına səbəb ola bilər. Azərbaycan hökuməti inflyasiya təzyiqlərinin qarşısını almaq üçün müxtəlif tədbirlər görsə də, pul bazasının həcmi artdığı zaman bu, inflyasiya göstəricilərinə yeni təzyiqin yaranması deməkdir. Ona görə də ümumi iqtisadi durumu qiymətləndirərkən təkcə pul bazasının artım tempi, kreditləşmə səviyyəsi və inflyasiya deyil, eyni zamanda valyuta bazarı araşdırılmalı və iqtisadi artım xüsusilə önəm kəsb etməlidir”.

Vüqar Orucun sözlərinə görə, bu gün Azərbaycan hökumətinin birmənalı əsas mövqeyi ondan ibarət olmalıdır ki, iqtisadiyyata verilən töhfələr və yaranan yeni imkanlar iqtisadiyyatın aktivləşməsinə yönəldilsin:

“İqtisadiyyatımız aktivləşdikcə istehsal edən, nəticəsi olan və dövlət büdcəsinə həmin proseslərdən gəlirlərin daxil olmasını təmin edən fəaliyyət növlərinə üstünlük verilməlidir. Dövrədə pul kütləsinin genişlənməsi inflyasiyaya əlavə təzyiq yarada bilər. Bu durum qiymətlərin artmasına gətirib çıxara bilər. Əgər pul bazası genişlənirsə, lakin iqtisadi yönümlü təkliflər, istehsal, aktivlik, investisiyalar və layihələr icra olunmursa, təbii ki, inflyasiya təzyiqi güclənir. Əksinə, pul artımı ilə paralel olaraq real iqtisadi fəaliyyət və aktivlik təmin olunarsa, o zaman inflyasiya riski və təzyiqi aşağı düşmüş olar.

Məzənnəyə gəlincə, manatın məzənnəsi müvafiq dövlət qurumu tərəfindən inzibati qaydada tənzimlənir. Bizdə hələlik bunu bazar tənzimləmədiyi üçün burada hər hansı bir dəyişikliyin olması gözlənilmir. Bu dəyişiklik yalnız müvafiq dövlət qurumunun qərarı ilə həyata keçirilə bilər”.

Ekspert onu da bildirib ki, qiymətlərin qalxması şübhəsizdir:

“Ərzaq, xidmət, kirayə, nəqliyyat və digər gündəlik xərclərdə bahalaşma müşahidə oluna bilər. Belə olan halda pul bazasının artması əhalinin real alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Lakin biz prosesin iqtisadi aktivliklə müşayiət olunacağı və bu cür mənfi meyillərə imkan verilməyəcəyi pozitiv ssenariyə üstünlük veririk. Son olaraq, qiymətlərin bahalaşması ehtimalı ilin sonu və gələn ilin əvvəlləri üçün də gözləniləndir. Mal və xidmət təkliflərinin, eləcə də istehsalın maye dəyərinin artması gözlənilən məsələdir. Bunun qarşılığında pul bazasının artması həm inflyasiyanın böyüməsinə, həm də pulun real dəyərinin – alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər”.

Oxşarxəbərlər

Kiyevi tərk etməyə ÇAĞIRDI
Manşet

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
963
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia
Manşet

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
964
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi
Manşet

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
964
Araz Ağalarov ilk dəfə həyat yoldaşı ilə görüntüləndi
CƏMİYYƏT

Araz Ağalarov ilk dəfə həyat yoldaşı ilə görüntüləndi

09/10/2026 00:21
954
Qarşıdakı aylarda həyatı dəyişəcək 4 bürc
Manşet

Qarşıdakı aylarda həyatı dəyişəcək 4 bürc

09/10/2026 00:20
954
Ər-Riyad hava limanında təyyarəyə zərbə endirildi
Dünya

Ər-Riyad hava limanında təyyarəyə zərbə endirildi

09/10/2026 00:07
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
970
Kiyevi tərk etməyə ÇAĞIRDI

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
963
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
964
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

08/10/2026 08:18
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.