Bazar ertəsi, İyun 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır – Politoloqdan AÇIQLAMA

29/06/2026 18:13
Siyasət
41 2
ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır – Politoloqdan AÇIQLAMA
54
Baxış sayı

“Tərəflər arasında Anlaşma Memorandumunun imzalanmasına, diplomatik təmasların və texniki danışıqların nəzərdə tutulmasına baxmayaraq, hərbi insidentlərin davam etməsi göstərir ki, Vaşinqton və Tehran paralel olaraq həm diplomatiya, həm də təzyiq strategiyasından istifadə edirlər. Bu, əslində, 40 günlük müharibədən sonra müşahidə olunan ‘idarə olunan qarşıdurma’ modelinin davamı kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Redaktor.az-a İran və ABŞ münasibətlərindən danışan politoloq Yusif Bağırzadə bildirdi. O vurğuladı ki, Anlaşma Memorandumu hələ sülh sazişi demək deyil və tərəflər üçün elə də böyük hüquqi məsuliyyət yaratmır:

“Başqa sözlə, nə qədər ki, yekun razılaşma əldə olunmayıb və sülh sazişi imzalanmayıb, bu cür insidentlər davam edəcək. Lakin tərəflər arasında etimadın son dərəcə aşağı səviyyədə olması səbəbindən istənilən hərbi insident danışıqlar prosesinə birbaşa təsir göstərir. Hörmüz boğazında baş verən qarşılıqlı zərbələrdən sonra İranın iyunun 28-nə planlaşdırılan texniki danışıqları təxirə salması da məhz bu etimad böhranının nəticəsi kimi dəyərləndirilə bilər.

Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin ən həssas nöqtələrindən biridir. Qlobal neft tədarükünün əhəmiyyətli hissəsi bu marşrut vasitəsilə həyata keçirilir. Buna görə də burada baş verən istənilən insident yalnız İran və ABŞ münasibətlərinə deyil, beynəlxalq enerji bazarlarına, daşımaların təhlükəsizliyinə və dünya iqtisadiyyatına da təsir göstərmək potensialına malikdir. Bu səbəbdən həm regional, həm də qlobal aktorlar vəziyyətin nəzarətdən çıxmamasında maraqlıdırlar”.

Onun fikrincə, bununla yanaşı, hazırkı vəziyyət tərəflərin genişmiqyaslı müharibəyə hazırlaşdığı anlamına gəlmir:

“Həm ABŞ, həm də İran indiki şəraitdə yeni genişmiqyaslı hərbi əməliyyatların siyasi, iqtisadi və hərbi nəticələrinin son dərəcə ağır olacağını anlayır. Buna görə də hər iki tərəf bir-birinə təzyiq göstərsə də, tammiqyaslı müharibə həddini keçməməyə çalışır.

Düşünürəm ki, yaxın perspektivdə İran və ABŞ arasında münasibətlərdə həm qarşıdurma, həm də dialoq elementləri paralel şəkildə müşahidə olunacaq. Ümumiyyətlə isə altmış günlük danışıqlar dövrünün uzanması, hətta bu danışıqların ABŞ-də Konqres seçkilərinədək davam etməsi ehtimalı da var. Əgər seçkilərdən sonra da hər hansı razılaşma əldə olunmasa, yalnız o zaman hərbi qarşıdurmanın intensivləşəcəyini proqnozlaşdırmaq olar”.

Oxşarxəbərlər

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi – FOTO
Manşet

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi – FOTO

29/06/2026 19:18
56
İlham Əliyev Fərman imzaladı
Manşet

İlham Əliyev Fərman imzaladı

29/06/2026 15:04
64
İlham Əliyev imzaladı:Tələb ləğv edildi
Manşet

İlham Əliyev imzaladı:Tələb ləğv edildi

29/06/2026 14:58
72
Prezident onlara müraciət ünvanladı
Manşet

Prezident onlara müraciət ünvanladı

29/06/2026 10:44
56
“Bizə bomba ata bilməzsiniz!” – Bakıdan iranlı deputata ŞİLLƏ kimi cavab
Manşet

“Bizə bomba ata bilməzsiniz!” – Bakıdan iranlı deputata ŞİLLƏ kimi cavab

27/06/2026 12:13
56
Prezidentin lizinqlə bağlı ÖNƏMLİ FƏRMANI – Nələr olacaq?
Manşet

Prezidentin lizinqlə bağlı ÖNƏMLİ FƏRMANI – Nələr olacaq?

26/06/2026 13:40
61

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezidentin köməkçisindən MÜHÜM AÇIQLAMA

Prezidentin köməkçisindən MÜHÜM AÇIQLAMA

29/06/2026 21:51
50
Emin ondan ev istəyən UFC döyüşçüsünə görün nə bağışladı – VİDEO

Emin ondan ev istəyən UFC döyüşçüsünə görün nə bağışladı – VİDEO

29/06/2026 21:44
50
Aparıcı Xəyalə qəza keçirdi: “Axmaq piyadanın qurbanı oldum” – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: “Axmaq piyadanın qurbanı oldum” – VİDEO

29/06/2026 21:15
51
Aİ 92 ilə bağlı ŞOK – Cəmi 1 manat 90 qəpiyə…

Aİ 92 ilə bağlı ŞOK – Cəmi 1 manat 90 qəpiyə…

29/06/2026 21:09
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
74

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
88

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
78

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.