Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Bizə bomba ata bilməzsiniz!” – Bakıdan iranlı deputata ŞİLLƏ kimi cavab

27/06/2026 12:13
Manşet, Siyasət
803 34
“Bizə bomba ata bilməzsiniz!” – Bakıdan iranlı deputata ŞİLLƏ kimi cavab
693
Paylaşım sayı
962
Baxış sayı

İranda prezident Məsud Pezeşkiana qarşı radikal-mühafizəkar dairələrin təzyiqləri getdikcə sərtləşir. Bu kampaniyanın ən fəal simalarından biri olan Tehran deputatı Kamran Qəzənfəri növbəti dəfə qalmaqallı çıxışı ilə gündəmə gəlib.

O, bu dəfə təkcə Pezeşkianı deyil, Azərbaycanı əsassız ittihamlarla hədəfə alıb. Deputatın səsləndirdiyi fikirlər arasında İranın vaxtilə Bakıya hərbi zərbə endirməyi planlaşdırdığı barədə sensasion iddia da yer alıb. Bu bəyanatlar həm İran daxilində siyasi qarşıdurmanın miqyasını, həm də bəzi dairələrin Azərbaycanla münasibətlərdə gərginlik yaratmaq cəhdlərini bir daha üzə çıxarır.

 

Kamran Qəzənfəri Azərbaycanı və Pezeşkianı niyə hədəfə aldı: "Dərin İran" sülhün və normallaşmanın düşməni rolunda
Bəs Qəzənfərinin bu çıxışlarının arxasında hansı siyasi məqsədlər dayanır?

Gündəm24.az  xəbər verir ki, Deputat Hikmət Babaoğlu qeyd edib ki, İran son müharibədə dostlarını da, düşmənlərini də yenidən tanıdı. Onun sözlərinə görə, məhz bu prosesdə aydın şəkildə ortaya çıxdı ki, İrandakı müəyyən dairələrin Azərbaycanın qonşusuna qarşı təhlükə mənbəyi kimi təqdim etməsi uydurmadan başqa bir şey deyil və məqsəd münasibətləri korlamaqdır:

“Çünki İranın ən çətin günlərində Azərbaycan onun yanında oldu. Əsla və əsla Azərbaycan ərazisindən İrana qarşı hər hansı təhdidə yol verilmədi. Əksinə, Azərbaycan İrana ilk humanitar yardım edən ölkələrdən biri oldu və digər ölkələrin humanitar yardımlarının çatdırılması üçün də öz qapılarını açdı. Bu, sıradan və ya təsadüfi bir addım deyildi. Hazırkı mürəkkəb beynəlxalq konyunktura şəraitində Azərbaycan hətta müəyyən dairələrin mümkün təzyiqlərini nəzərə almadan bu cəsarətli addımları atdı”.

 

Hikmət Babaoğlu: Azərbaycan enerji resurslarını heç vaxt siyasi və ya hərbi alətə çevirməyib - AZƏRTACDeputat xatırladıb ki, Pezeşkian buna görə Azərbaycan prezidentinə təşəkkürünü ifadə edib və beləliklə, illər boyu ölkəmizə qarşı qurulan hücum narrativləri faktiki olaraq çöküb: “Məhz bu vəziyyət İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən radikal fars-şovinist dairələri, eləcə də radikal məzhəbçi qrupları ciddi şəkildə narahat edir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının tədbirində iştirak etmək üçün Azərbaycana gələn İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın səsləndirdiyi fikirlər də İraiki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanması üçün ideoloji baxımdan yeni bir səhifə açdı. Çünki Qalibaf da Azərbaycanın və cənab prezidentin İranın yanında dayanmasını xüsusi vurğulayaraq təşəkkürünü bildirdi”.

H.Babaoğlu yada salıb ki, İranın keçmiş ali lideri Seyid Əli Xameneinin vəfatından sonra bu ölkənin səfirliyinə başsağlığına gedən yeganə dövlət başçısı İlham Əliyev olub: “Cənab İlham Əliyev İranın Bakıdakı səfirliyinə gedib, kədərini bölüşdüyünü bildirib. Və İran xalqının zəruri yardıma ehtiyacı yaranan zaman Azərbaycan prezidenti dəfələrlə qətiyyətli qərarlar qəbul edib. Bütün bunlar qonşuluq əlaqələrində yeni bir səhifənin açılması üçün tarixi fürsət yaradıb. Məhz bu fürsətdən narahat olan qüvvələr İran xalqının həqiqətləri dərk etməsinin qarşısını almağa, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar. Ona görə təxribat xarakterli bəyanatlar səsləndirilir ki, onlardan biri də Kamran Qəzənfəridir”.

Onun fikrincə, Qəzənfərinin İranın guya Bakını hədəf ala biləcəyi ilə bağlı iddiaları reallıqdan uzaqdır. Deputat hesab edir ki, Aərbaycan təhlükəsizliyini təmin etmək üçün ciddi müdafiə sistemi formalaşdırıb: “Digər tərəfdən, belə bir təxribata cəhdin nəticələrinin nə olacağını İranda yaxşı anlayırlar. Azərbaycan tək deyil və qardaş Türkiyə ilə Şuşa Bəyannaməsi çərçivəsində hərbi-strateji müttəfiqlik münasibətləri mövcuddur. Bununla yanaşı, Azərbaycanın özünün də güclü və peşəkar ordusu var. Lakin məsələnin daha mühüm tərəfi başqa yerdədir. Azərbaycanın ən böyük güclərindən biri elə İranda yaşayan milyonlarla azərbaycanlıdır. Nə qədər radikal mövqedə dayanmasından asılı olmayaraq, heç bir İran rəhbəri 40 milyonluq Azərbaycan türkünün, İran vətəndaşı olan azərbaycanlıların iradəsinə zidd şəkildə Bakıya nəinki bomba, heç bir güllə belə ata bilməz.

Çünki belə bir halda qarşısında milyonlarla təbrizlini, ərdəbillini, mərəndlini görər. Necə ki Azərbaycan öz ərazisindən İrana qarşı təhdidə imkan vermədi, eləcə də İrandakı soydaşlarımız da bizə qarşı buna razı olmazlar. Qəzənfərinin sözləri təxribat xarakteri daşıyır. Eyni zamanda, onun fikirləri həm də İranda yaşayan azərbaycanlılara, onların milli hisslərinə qarşı yönəlmiş təxribatdır. Əslində, Azərbaycan və İran dünyanın bir-birinə ən yaxın ölkələrindən, xalqlarından hesab olunurlar. Bu reallıq gec-tez daha aydın şəkildə özünü göstərəcək”.\\musasvat.com

Oxşarxəbərlər

Araqçi Nyu-Yorka gedir
Manşet

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir
Manşet

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Manşet

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”
Manşet

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO
Manşet

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
961

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.