Çərşənbə, İyul 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Generalın çıxışı səs-küy yaratdı: hərbi xidmətdən möhlətə qadağa gəlir?

30/06/2026 09:08
Hərbi
44 1
Generalın çıxışı səs-küy yaratdı: hərbi xidmətdən möhlətə qadağa gəlir?
57
Baxış sayı

Doktoranturada təhsil alanların hərbi xidmətə görə möhlət hüququ ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələrə səbəb olub. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bu sahədə sui-istifadə hallarının olduğunu bildirib.

Sitat: “Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alır. Digəri isə arayış əsasında sadəcə vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox…”

Bu sahədə hazırkı qaydalar kifayət qədər ədalətlidirmi, yoxsa dəyişdirilməlidir? Təhsil almaq məqsədilə doktoranturaya qəbul olunanlarla sadəcə möhlət əldə etmək istəyənləri bir-birindən ayırmaq üçün hansı mexanizmlər tətbiq oluna bilər?

Gündəm24.az  xəbər verir ki, globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva deyib ki, əgər bir gənc həqiqətən doktoranturada oxuyursa, araşdırma aparırsa, elmi rəhbərlə işləyirsə, imtahan verir və real elmi fəaliyyət göstərirsə, onun təhsilinə mane olmaq doğru yanaşma deyil:

“Çünki doktorantura elmi hazırlıq mərhələsidir. Dövlət savadlı kadrın qarşısını kəsməməlidir. Amma başqa bir reallıq da var. Bəzi şəxslər xaricdə təhsil adı ilə sadəcə arayış əldə edir. Nə həmin ölkədə olur, nə dərsdə iştirak edir, nə də oxuduğu dili bilir. Sonra da həmin sənədi hərbi xidmətdən möhlət almaq üçün təqdim edir. Bu isə qanundakı boşluqdan istifadə etməkdir. Həqiqətən təhsil alan şəxslə sadəcə kağız üzərində tələbə görünən adam eyni tutulmamalıdır. Çünki bu, həm təhsilə, həm də hərbi xidmətə gedən gənclərə qarşı ədalətsizlik yaradır. Xaricdə oxuyan bütün tələbələrə də kor-koranə şübhə ilə baxmaq olmaz. Ciddi universitetlərdə oxuyan, laboratoriyada çalışan, araşdırma aparan, məqalə yazan gənclərimiz var. Onların əməyini görməzdən gəlmək doğru deyil”.

Sona Əliyeva qeyd edib ki, dünya təcrübəsində də doktorantura real elmi fəaliyyət kimi qəbul olunur:

“Avropada doktorant çox vaxt sadəcə tələbə yox, gənc tədqiqatçı kimi qiymətləndirilir. Onun tədqiqat planı, elmi rəhbəri və hesabat öhdəliyi olur. Türkiyədə də təhsilə görə hərbi xidmətin təxirə salınması mümkündür, amma əsas şərt təhsilin real davam etməsidir. Düşünürəm ki, burada məsələ təhsil möhlətini ləğv etmək deyil. Əsas məsələ onun sui-istifadə alətinə çevrilməsinə imkan verməməkdir. Təhsil möhləti saxlanılmalı, nəzarət mexanizmi gücləndirilməlidir. Universitetin akkreditasiyası, təhsilin forması, tələbənin real iştirakı, sənədlərin hüquqi təsdiqi və təhsil prosesinin davam edib-etməməsi dəqiq yoxlanmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, hər il aprel-oktyabr aylarında xaricdə təhsil mövsümünün aktivləşməsi ilə bazarda çoxsaylı yeni təhsil şirkətləri və vasitəçilər fəaliyyətə başlayır:

“Təəssüf ki, onların arasında vətəndaşları aldadan, dələduzluqla məşğul olan şəxslər də olur. Aidiyyəti dövlət qurumları bu barədə dəfələrlə xəbərdarlıq ediblər. Xaricdə təhsil almaq istəyən şəxslər etibarsız vasitəçilərə müraciət etdikdə maddi zərərdən əlavə, daha ciddi problemlərlə də üzləşə bilərlər. Bəzi hallarda vətəndaşlara saxta qəbul sənədləri təqdim olunur, xaricə getdikdən sonra isə məlum olur ki, onlar heç bir ali təhsil müəssisəsinə qəbul edilməyiblər. Bu isə həmin şəxslərin qanunsuz əmək fəaliyyətinə cəlb olunmasına, ölkəyə qayıtmaqda çətinlik çəkməsinə, hətta insan alveri və ya orqan alveri kimi ağır cinayətlərin qurbanına çevrilməsinə səbəb ola bilər. Belə halların yaranmasının əsas səbəblərindən biri bəzi abituriyentlərin ölkə universitetlərinə qəbul ola bilmədikdən sonra qeyri-rəsmi yollarla xaricdə təhsil almağa üstünlük vermələridir. Dələduzlar da məhz bu vəziyyətdən istifadə edərək insanların etibarını qazanır və onları aldadırlar”.

Ekspert vurğulayıb ki, qeyri-qanuni və ya rəsmi tanınmayan qəbul əsasında xaricdə təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilmir:

“Bu hüquq yalnız qanunvericiliyə uyğun şəkildə xarici ali təhsil müəssisələrinə qəbul olan yaxud dövlət proqramları çərçivəsində təhsil alan şəxslərə şamil edilir. Bu səbəbdən xaricdə təhsil almaq istəyənlər əvvəlcə seçdikləri universitetin və ixtisasın Azərbaycanda tanınıb-tanınmadığını, diplomun tanınması qaydalarını və aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi tələbləri diqqətlə araşdırmalıdırlar. Əks halda, gələcəkdə həm diplomun tanınması, həm də hərbi xidmətlə bağlı hüquqi problemlər yarana bilər. Eyni qaydalar doktorantura təhsilinə də aiddir.

Dövlət proqramları çərçivəsində və ya qanuni qaydada nüfuzlu xarici universitetlərə qəbul olunan şəxslər təhsillərini qanunvericiliyə uyğun davam etdirirlər. Lakin bəzi şəxslər yalnız hərbi xidmətdən möhlət almaq məqsədilə formal və ya qeyri-qanuni qəbul yollarından istifadə edirlər. Sonradan aparılan araşdırmalar zamanı onların ya həmin universitetdə ümumiyyətlə təhsil almadığı, ya da göstərilən proqramın real olmadığı müəyyən edilir. Məhz bu kimi halları nəzərə alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları diqqətli olmağa, yalnız qanuni və rəsmi təhsil proqramlarına üstünlük verməyə çağırır”.

Oxşarxəbərlər

Əsgərliyə gedən şəxslərin kredit borcu DONDURULUR?
Hərbi

Əsgərliyə gedən şəxslərin kredit borcu DONDURULUR?

01/07/2026 09:13
55
Zabit olmaq istəyənlərə ŞAD XƏBƏR
Hərbi

Zabit olmaq istəyənlərə ŞAD XƏBƏR

29/06/2026 22:10
53
Müdafiə Nazirliyi məlumat yaydı
Hərbi

Müdafiə Nazirliyi məlumat yaydı

27/06/2026 17:19
57
Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
Hərbi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

27/06/2026 11:47
57
Əsgərlik müddətinin azaldılması ilə bağlı VACİB AÇIQLAMA
Hərbi

Əsgərlik müddətinin azaldılması ilə bağlı VACİB AÇIQLAMA

26/06/2026 21:45
55
Polkovnikdən 26 İyun mesajı: “Güclü ordu varsa…”
Hərbi

Polkovnikdən 26 İyun mesajı: “Güclü ordu varsa…”

26/06/2026 11:03
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

AZAL-dan sərnişinlərə ŞAD XƏBƏR

AZAL-dan sərnişinlərə ŞAD XƏBƏR

01/07/2026 14:11
50
TƏCİLİ! Türkiyə F-16-ları havaya qaldırdı – Zərbələr endirilir

TƏCİLİ! Türkiyə F-16-ları havaya qaldırdı – Zərbələr endirilir

01/07/2026 14:10
51
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü – FOTO

Azərbaycanda tanınmış musiqiçi qəzada öldü – FOTO

01/07/2026 13:50
53
2 iyulla bağlı XƏBƏRDARLIQ

2 iyulla bağlı XƏBƏRDARLIQ

01/07/2026 13:40
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
55

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
102

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
89

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.