Çərşənbə, İyul 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ölkə boyu total YOXLAMA: mənşəyi bilinməyən ətlər restoranlara necə daxil olur?

01/07/2026 14:31
Manşet, Müsahibə
49 1
Ölkə boyu total YOXLAMA: mənşəyi bilinməyən ətlər restoranlara necə daxil olur?
63
Baxış sayı

“7500-ə yaxın yoxlama aparmışıq, 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən, mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlamışıq”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin səsləndirdiyi bu rəqəmlər ictimai iaşə müəssisələrində istifadə olunan ətin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.  AQTA-nın məlumatına görə, yoxlamalar zamanı 500 kiloqrama yaxın yararsız ət də dövriyyədən çıxarılıb.

Qoşqar Təhməzli: Azərbaycan və Rusiya arasında ərzaqlıq yumurtanın ixrac  olunması ilə əlaqədar razılıq əldə olunub

Bəs restoran və kafelərə mənşəyi məlum olmayan, eləcə də at əti necə daxil olur? Yararsız ətin istehlakı insan sağlamlığı üçün hansı təhlükələri yaradır və belə halların qarşısını almaq üçün mövcud nəzarət mexanizmləri kifayət edirmi?

Qida üzrə ekspert İlkin Şirinov Musavat.com-a bildirib ki, ət və ət məhsullarının mütəmadi baytarlıq yoxlanışı, ekspertizası və nəzarəti yalnız rəsmi kəsim məntəqələrində həyata keçirilir: “Burada kəsilən heyvanlar mütləq qaydada laborator müayinələrdən və digər zəruri prosedurlardan keçirlər. At ətinin normal sanitar-gigiyenik normalara uyğun olaraq baytarlıq nəzarətindən keçirilməsi, müvafiq yoxlamaların aparılması və müsbət rəy verilməsi şərti ilə, öz adı altında satılmasında heç bir problem yoxdur. Lakin istehlakçıların aldadılması o zaman baş verir ki, at əti mal və ya dana əti adı altında təqdim olunur. Bu, artıq birbaşa istehlakçı hüquqlarının pozulmasıdır və belə hallarda heç bir qanuni normadan, düzgün yoxlamadan söhbət gedə bilməz”.

Marketdən alınan ətin rəngi narahatlıq yaratdı Ekspert səbəbini açıqladı  FOTO | Icma.az

Onun sözlərinə görə, digər mühüm məsələ kafe və restoranlarda istifadə olunan ətlərin keyfiyyətidir: “Bu obyektlər müştərilərlə problem yaşamamaq üçün ət tədarükünü normal qaydada, etibarlı təchizatçılardan təmin etməlidirlər. Biz dəfələrlə qeyd edirik ki, artıq şəffaf mətbəx modelinə keçilməsinin zamanı yetişib. Restoranlarda şəffaf mətbəxlər qurulmalıdır ki, insanlar nə ilə qidalandıqlarını, hansı məhsullardan istifadə olunduğunu və yeməklərin hansı şəraitdə hazırlandığını rahatlıqla müşahidə edə bilsinlər. Bu gün insanları ən çox narahat edən və sual doğuran məsələ məhz mətbəxlərdəki qapalı mühitdir. Qapalı mətbəxlərdə yeməklərin necə hazırlanması, soyuducuların sanitar vəziyyəti və iaşə obyektlərinin sanitar-gigiyenik normalara cavab verməməsi haqlı müştəri narazılığına səbəb olur. Əgər şəffaf mətbəx mexanizmi tətbiq olunarsa və burada HACCP (təhlükəsizlik idarəetmə sistemləri) proqramları və nəzarət mexanizmləri tam formalaşarsa, restoranla müştəri arasında heç bir etibarsızlıq qalmaz”.

Ekspert qeyd edib ki, məhsulun keyfiyyətini yoxlamağın iki üsulu var: “Orqanoleptik (vizual) və laborator. Vizual baxış zamanı məhsulun rənginə, qoxusuna, konsistensiyasına (məsamələrinə) və xarici görünüşünə görə onun keyfiyyəti haqqında ilkin rəy yürütmək olar. Məsələn, tünd-şarı (göyümtül/bənövşəyi) rəngli ətlər çox vaxt qanunsuz kəsilmiş at əti kimi, zəfəran (sarımtıl) rəngli ətlər isə vaxtilə qızdırma və ya digər xəstəliklər keçirmiş heyvanların əti kimi qiymətləndirilir. İnsanlar arasında belə bir yanlış subyektiv fikir var: “Gözümlə gördümsə, deməli, təmizdir”. Lakin unutmaq olmaz ki, gözünüzün qarşısında kəsilən hər heyvan sağlam demək deyil. Heyvanın hansısa infeksion xəstəliyin daşıyıcısı olub-olmamasını müəyyən etmək üçün mütləq baytar həkiminin rəyi və laborator müayinə şərtdir. Əks halda, heyvanlardan insanlara keçən təhlükəli zoonoz xəstəliklərə (bruselyoz, qarayara, dabaq və s.) yoluxma riski olduqca yüksəkdir”.

Onun fikrincə, bütün bu nəzarət prosesini yalnız dövlət qurumlarının (məsələn, AQTA-nın) üzərinə yıxmaq düzgün deyil: “Agentliyin əməkdaşları hər gün hər küçədə, kənddə və ya qəsəbədə gizli kəsilən heyvanları fiziki olaraq izləyə bilməzlər. Rəsmi iş saatı bitdikdən sonra – axşam saatlarında, gecə yarısı və ya səhərə yaxın həyətlərdə qanunsuz kəsimlər həyata keçirilir ki, bu vaxt da reyd qruplarının hər nöqtədə olması qeyri-mümkündür. Bu səbəbdən cəmiyyətdə ictimai nəzarət mexanizmi formalaşmalıdır. İstehlakçılar haradan ət aldıqlarına diqqət etməli, baytarlıq şəhadətnaməsi və möhürü olmayan, mənşəyi məlum olmayan ətləri almaqdan imtina etməlidirlər. Dövlət nəzarəti ilə yanaşı, vətəndaşların da bu məsələdə məsuliyyətli olması və öz sağlamlıqlarını qoruması şərtdir”.

Oxşarxəbərlər

Alyona Əliyeva paylaşım etdi – FOTO
CƏMİYYƏT

Alyona Əliyeva paylaşım etdi – FOTO

01/07/2026 17:22
50
İlham Əliyev onları TƏBRİK ETDİ
Manşet

İlham Əliyev onları TƏBRİK ETDİ

01/07/2026 11:20
56
Loru qalası: Tarixin daşlara yazılmış dastanı
Manşet

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
57
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində – FOTOLAR
CƏMİYYƏT

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində – FOTOLAR

01/07/2026 09:48
54
İlham Əliyev Venesuelaya başsağlığı verdi
Manşet

İlham Əliyev Venesuelaya başsağlığı verdi

30/06/2026 17:20
52
İlham Əliyev bu qanunu təsdiqlədi
Manşet

İlham Əliyev bu qanunu təsdiqlədi

30/06/2026 16:37
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Alyona Əliyeva paylaşım etdi – FOTO

Alyona Əliyeva paylaşım etdi – FOTO

01/07/2026 17:22
50
Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI

Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI

01/07/2026 17:03
50
Matəm elan edildi – Qonşu ölkədə

Matəm elan edildi – Qonşu ölkədə

01/07/2026 16:55
50
Goranboyda göldə həkimin meyiti TAPILDI

Goranboyda göldə həkimin meyiti TAPILDI

01/07/2026 16:07
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
57

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
102

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
89

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.