Cümə axşamı, İyul 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

DSX-də ard-arda ölümlər – Nə baş verir?

02/07/2026 10:09
Gündəm
41 1
DSX-də ard-arda ölümlər – Nə baş verir?
53
Baxış sayı

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsində həlak olması bu qurumda son aylarda qeydə alınan növbəti ölüm faktı oldu.

Gündəm24.az  bakupost–a istinadən xəbər verir ki, iyulun 1-də Samux rayonunun Burunqovaq kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmədən çıxaraq çay yatağına düşüb. Avtomobildə olan üç nəfərdən ikisi sudan çıxa bilsə də, DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərov boğularaq həyatını itirib.

DSX-nin məlumatına görə, hadisə barədə məlumat daxil olduqdan sonra qurumun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri həyata keçirilib və hərbi qulluqçunun nəşi aşkar edilib.

Bu, son aylarda DSX-də baş verən yeganə ölüm hadisəsi deyil.

İnternet üzərindən araşdırmalar göstərir ki, təkcə 2026-cı ildə DSX əməkdaşları, əsgərləri və kursantları arasında bir neçə ölüm faktı ictimailəşib.

Aprelin 13-də DSX Akademiyasının I kurs kursantı Əsəd İsmayıllı vəfat edib. Məlumata görə, o, 2026-cı ildə DSX-nin Xüsusi Məktəbindən məzun olub, daha sonra Akademiyanın “Sərhəd qoşunları və idarəetmə” ixtisasına qəbul edilib.

Mayın 12-də DSX əsgəri Hüseyn Həmzə oğlu Əsədovun ölümü ilə bağlı məlumat yayıldı. O, cəmi 23 gün əvvəl çağırılmış əsgər sıra baxışı zamanı qəfil yıxılıb və həyatını itirib. Bu hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş, gənc əsgərin tibbi komissiyadan necə keçməsi ilə bağlı suallar doğurmuşdu.

Mayın 19-da isə DSX-nin Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamovun vəfat etdiyi barədə məlumat yayıldı. Bildirildi ki, o, dərs zamanı və ya təhsil müəssisəsinin ərazisində deyil, öz evində dünyasını dəyişib. Məzahir İslamov 44 günlük Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğlu idi.

Mayın 25-də DSX hərbi qulluqçusu Ramin Cəbrayılovun vəfat etdiyi barədə məlumat yayıldı. Onun Beyləqan rayonu ərazisində ağır yaralandığı, xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirildi.

Beləliklə, Samux hadisəsi də daxil olmaqla, təkcə son üç ay ərzində DSX ilə bağlı ən azı beş ölüm faktı ictimailəşib. Bu faktların hər biri ayrı-ayrı səbəblərlə izah olunsa da, ümumi mənzərə narahatlıq doğurur.

Son illərə baxanda da oxşar hadisələrin davamlı xarakter aldığı görünür. Mediada DSX hərbi qulluqçularının xəstəlikdən, qəfil səhhət pisləşməsindən, yol qəzasından, silahla bağlı insidentlərdən və digər bədbəxt hadisələrdən vəfat etməsi ilə bağlı çoxsaylı məlumatlar var.

Məsələn, DSX hərbi qulluqçusu Aslan Məmmədovun uzun sürən xəstəlikdən vəfat etdiyi, əsgər Xəyal Həsrətovun səhhətinin qəfil pisləşməsi nəticəsində həyatını itirdiyi, əsgər Səid Qurbanovun sərhəd naryadından qayıdarkən qəfil vəfat etdiyi, əsgər Miran Ələkbərlinin ilkin rəyə görə ürək tutmasından öldüyü, Mirkamal Cabbarovun DSX hospitalında müalicə alarkən xəstəlikdən vəfat etdiyi barədə məlumatlar müxtəlif illərdə ictimailəşib.

Açıq mənbələrdə yayılan monitorinqlər də problemin miqyasının daha geniş olduğunu göstərir. Bildirilir ki, son beş ildə DSX-də 61 hərbi qulluqçu həyatını itirib. Bu rəqəm rəsmi statistika deyil, açıq mənbələr və media monitorinqi əsasında formalaşdırılmış məlumatdır.

Məsələ təkcə rəqəmlərdə deyil. Əsas sual budur: DSX-də ölüm hallarının illər üzrə səbəbləri, bölgüsü və araşdırma nəticələri niyə ictimaiyyətə açıq şəkildə təqdim olunmur?

Son beş ildə neçə hərbi qulluqçu və kursant vəfat edib? Bu ölümlərin neçəsi xəstəlik, neçəsi yol qəzası, neçəsi xidmətdə baş vermiş hadisə, neçəsi bədbəxt hadisə ilə bağlıdır? Tibbi və psixoloji nəzarət mexanizmləri necə işləyir? Gənc əsgər və kursantların sağlamlıq vəziyyəti hansı qaydada yoxlanılır?

Bu suallar cavabsız qaldıqca, hər yeni ölüm xəbəri cəmiyyətdə daha böyük narahatlıq yaradır.

Oxşarxəbərlər

Emin ondan ev istəyən UFC döyüşçüsünə görün nə bağışladı – VİDEO
Gündəm

Emin ondan ev istəyən UFC döyüşçüsünə görün nə bağışladı – VİDEO

29/06/2026 21:44
56
Bu universitetdə nöqsanlar AŞKARLANDI
Gündəm

Bu universitetdə nöqsanlar AŞKARLANDI

29/06/2026 20:03
55
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı
Gündəm

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

29/06/2026 19:49
53
Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları…
Gündəm

Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları…

25/06/2026 12:21
58
Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….
Gündəm

Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….

24/06/2026 11:49
60
“Arzum”un cinayət işinin bəzi detalları məlum oldu
Gündəm

“Arzum”un cinayət işinin bəzi detalları məlum oldu

24/06/2026 09:39
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

2 yaşlı körpə pnevmoniyadan öldü

2 yaşlı körpə pnevmoniyadan öldü

02/07/2026 12:37
50
Sabah Bakının 4 rayonunda su olmayacaq

Sabah Bakının 4 rayonunda su olmayacaq

02/07/2026 12:34
50
Evində filippinli qadın işlətdiyi üçün tənqid olundu

Evində filippinli qadın işlətdiyi üçün tənqid olundu

02/07/2026 12:30
50
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

02/07/2026 12:21
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
63

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
59

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
103

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.