Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
CƏMİYYƏT, Manşet, Özəl, Qarabağ
821 43
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR
715
Paylaşım sayı
993
Baxış sayı

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılovun rəhbərliyi ilə nümayəndəliyin İdarə Heyətinin üzvləri, gənclər və fəallardan ibarət nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına iki günlük səfər həyata keçirib.

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olmaq, Qarabağın dirçəlişinin şahidi olmaq, tarixi və mədəni irsimizi ziyarət etmək, eyni zamanda iştirakçılarda vətənpərvərlik ruhunu daha da möhkəmləndirmək olub.

Nümayəndə heyəti səfər çərçivəsində , Füzuli,Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocalı, Əsgəran, Şuşa və Xankəndi şəhərlərində olub. Səfər zamanı ilk dayanacaqlarından biri Zəngilan rayonunun Ağalı kəndi olub. Nümayəndə heyəti Azərbaycanda həyata keçirilən ilk “Ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi ilə yaxından tanış olub. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş yaşayış evləri, geniş və səliqəli küçələr, müasir sosial infrastruktur, yaşıllıq zolaqları və yüksək memarlıq üslubu kəndə xüsusi gözəllik bəxş edir. Ağalı kəndində yaradılmış müasir həyat şəraiti, innovativ texnologiyaların tətbiqi və ekoloji yanaşma nümayəndə heyətində böyük maraq və qürur hissi doğurub. İştirakçılar qeyd ediblər ki, Ağalı kəndi işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən bərpasının, dövlətimizin güclü iradəsinin və gələcəyə hesablanmış inkişaf siyasətinin parlaq nümunəsidir. Bu kəndi ziyarət etmək hər bir azərbaycanlıda ruh yüksəkliyi yaradır, doğma torpaqlarımızın yenidən dirçəldiyini görmək isə gələcəyə inamı daha da möhkəmləndirir.

Səfər zamanı nümayəndə heyəti Şuşa şəhərində Azərbaycanın dahi şairi və dövlət xadimi Molla Pənah Vaqifin ev-muzeyini və möhtəşəm məqbərəsini ziyarət edib, dahi söz ustadının əziz xatirəsini ehtiramla yad edib. Eyni zamanda Şuşada yerləşən digər tarixi-mədəni abidələrlə tanış olan iştirakçılar qədim Azərbaycan mədəniyyətinin beşiyi sayılan bu şəhərin yenidən əvvəlki şöhrətinə qovuşmasının qürurverici olduğunu bildiriblər.

Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın qədim mədəniyyət paytaxtı olan Şuşa şəhərinin rəmzlərindən biri sayılan tarixi Şuşa qalasını da ziyarət edib. Əsrlərin yaddaşını özündə yaşadan möhtəşəm qala divarları üzərində dayanaraq Qarabağın füsunkar təbiətini seyr etmək iştirakçılarda dərin qürur və heyranlıq hissi yaradıb. Uca dağlar, yaşıl meşələr və gözoxşayan mənzərələr fonunda Şuşanın tarixi əzəməti hər kəsə xalqımızın zəngin irsini və bu torpaqların əvəzolunmaz dəyərini bir daha xatırladıb. İştirakçılar bildiriblər ki, Şuşa qalasından Qarabağı seyr etmək sözlə ifadə olunmayacaq qədər möhtəşəm duyğudur və bu mənzərə hər bir azərbaycanlının yaddaşında silinməz iz buraxır.

Eyni zamanda Şuşada yerləşən digər tarixi-mədəni abidələrlə tanış olan iştirakçılar qədim Azərbaycan mədəniyyətinin beşiyi sayılan bu şəhərin yenidən əvvəlki şöhrətinə qovuşmasının qürurverici olduğunu bildiriblər. Nümayəndə heyəti Xankəndi şəhərində də olub, burada universitetlə tanış olub, şəhərdə gedən abadlıq və quruculuq işlərini izləyib. Xankəndinin sürətlə inkişaf edən müasir şəhərə çevrilməsi, dövlət tərəfindən həyata keçirilən layihələr və yaradılan yeni imkanlar nümayəndələrdə böyük qürur hissi yaradıb.

Səfərin ən yaddaqalan məqamlarından biri məşhur İsa bulağını ziyarət etmək olub. İllər sonra bu müqəddəs məkanda olmaq, İsa bulağının saf, büllur kimi şəffaf və buz kimi sərin suyundan içmək hər kəs üçün unudulmaz duyğular yaşadıb. Nümayəndələr qeyd ediblər ki, bu suyun özünəməxsus dadı və təravəti onlarda doğma yurd həsrətinin sona çatmasının sevincini daha da artırıb.

Səfər iştirakçıları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng tikinti və quruculuq işlərini yüksək qiymətləndiriblər. Müasir avtomobil yolları, yeni salınan yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, inzibati binalar, parklar və digər sosial infrastruktur obyektləri Azərbaycanın bu torpaqlarda həyatın bərpasına verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirilib.

Qarabağın və Şərqi Zəngəzurun əsrarəngiz təbiəti, uca dağları, sıx meşələri, gözoxşayan yaşıllıqları, saf havası və valehedici mənzərələri nümayəndə heyətində silinməz təəssüratlar yaradıb. Hər addımda aparılan abadlıq işləri, dirçələn şəhər və kəndlər, yenidən həyat qazanmış yurd yerləri Azərbaycanın qüdrətini və xalqımızın əzmini bir daha nümayiş etdirib.

Səfər çərçivəsində Kəlbəcərin əsrarəngiz yaylaqlarını gəzmək nümayəndə heyətində xüsusi təəssürat yaradıb. Füsunkar dağ mənzərələri, sərin yaylaqları, zəngin təbiəti, saf havası və gözoxşayan yaşıllıqları hər kəsi valeh edib. İllər sonra Kəlbəcərin bu ecazkar təbiətini azad şəkildə seyr etmək, doğma torpaqların hər qarışını gəzmək iştirakçılar tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb. Qeyd olunub ki, Kəlbəcərin bənzərsiz təbiəti və zəngin turizm potensialı bu bölgənin yaxın gələcəkdə ölkənin ən cəlbedici turizm məkanlarından birinə çevriləcəyini göstərir.

İştirakçılar vurğulayıblar ki, illər sonra Qarabağda və Şərqi Zəngəzurda azad şəkildə gəzmək, bu torpaqların yenidən dirçəldiyini öz gözləri ilə görmək, Azərbaycan bayrağının əzəmətlə dalğalandığı doğma yurdlarımızda olmaq hər bir azərbaycanlı üçün böyük xoşbəxtlik və sonsuz qürur mənbəyidir. Bu tarixi Zəfər sayəsində xalqımız öz doğma torpaqlarına qovuşub və bu torpaqlarda yeni həyat qurulur. Nümayəndə heyəti səfərin sonunda Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin nəticələrinin hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaratdığını qeyd edərək, Qarabağın və Şərqi Zəngəzurun bundan sonra da sürətlə inkişaf edəcəyinə, bu torpaqların ölkəmizin ən gözəl və inkişaf etmiş bölgələrindən birinə çevriləcəyinə əminlik ifadə edib.

Səfərin sonunda Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin üzvləri bildiriblər ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan möhtəşəm quruculuq işlərini görmək onlarda böyük ruh yüksəkliyi və gələcəyə inam yaradıb. Onlar əmin olduqlarını vurğulayıblar ki, Azərbaycanın güclü dövləti və Prezident, Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tarixi ədalətin tam bərpası istiqamətində də mühüm addımlar atılacaq. Nümayəndələr qeyd ediblər ki, səbirsizliklə Qərbi Azərbaycan torpaqlarında da üçrəngli Azərbaycan bayrağının əzəmətlə dalğalanacağı, həmin yurd yerlərinin abadlaşaraq yenidən öz əsl sakinlərinə qovuşacağı günü gözləyirlər. Onlar bu amalın sülh, beynəlxalq hüquq və tarixi ədalət prinsipləri əsasında gerçəkləşəcəyinə dərin inam ifadə edərək, doğma yurdlara qayıdışın hər bir qərbi azərbaycanlının ən böyük arzusu olduğunu bildiriblər.

 

Oxşarxəbərlər

Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var
Manşet

Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var

17/10/2026 09:57
951
77 şagird dönərdən zəhərləndi
Dünya

77 şagird dönərdən zəhərləndi

17/10/2026 09:41
954
Məni subay oğlan sevə bilməz? – Renka
Manşet

Məni subay oğlan sevə bilməz? – Renka

17/10/2026 09:26
951
Türkiyədə ara qarışdı – Axtarışlar başladı
Dünya

Türkiyədə ara qarışdı – Axtarışlar başladı

17/10/2026 09:21
953
Füzulinin işğaldan azad olunmasından altı il ötür
Manşet

Füzulinin işğaldan azad olunmasından altı il ötür

17/10/2026 09:12
952
Minimum əməkhaqqı nə qədər arta bilər? – Video
İqtisadiyyat

Minimum əməkhaqqı nə qədər arta bilər? – Video

17/10/2026 08:20
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var

17/10/2026 09:57
951
77 şagird dönərdən zəhərləndi

77 şagird dönərdən zəhərləndi

17/10/2026 09:41
954
Məni subay oğlan sevə bilməz? – Renka

Məni subay oğlan sevə bilməz? – Renka

17/10/2026 09:26
951
Türkiyədə ara qarışdı – Axtarışlar başladı

Türkiyədə ara qarışdı – Axtarışlar başladı

17/10/2026 09:21
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
974

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
981

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.