Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır

13/07/2026 20:58
CƏMİYYƏT
835 8
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
698
Paylaşım sayı
969
Baxış sayı

Son vaxtlar Bakıətrafı qəsəbələrdə həyət evlərinin kütləvi şəkildə satışa çıxarıldığı müşahidə edilir. Bu tendensiya paytaxtın cəmi 7 kilometrliyində yerləşən Xırdalan şəhərində daha qabarıq şəkildə diqqəti çəkir.

 

Gündəm24.az xəbər evrir ki, elan saytlarında və “TikTok” kimi sosial platformalarda Xırdalanda yüzlərlə həyət evinin satıldığına dair elanlarla tez-tez qarşılaşmaq mümkündür. Maraqlıdır ki, Xırdalanda təkcə fərdi təsərrüfatlar deyil, hətta bina evlərinin satıldığına dair elanların da sayı sürətlə artmaqdadır. Urbanizasiyanın və sıxlığın ən pik nöqtəyə çatdığı bu şəhərdə daşınmaz əmlak bazarının qəfil bu cür aktivləşməsi və təklifin kəskin artması təsadüfi deyil. Yerli sakinlər kütləvi satış dalğasının arxasında duran bir neçə ciddi sosial-iqtisadi və infrastruktur probleminin olduğunu deyirlər.

 

Əsas səbəblərindən biri Bakıətrafı qəsəbələrdə, xüsusən də Xırdalanda illərdir həllini tapmayan və getdikcə dərinləşən ciddi nəqliyyat problemidir. Paytaxta ən yaxın peyk şəhər statusunu daşısa da, infrastrukturun mövcud əhali sıxlığına cavab verməməsi Xırdalanı nəqliyyat baxımından dalana dirəyib. İnsanlar səhər işə gəlmək və axşam evə qayıtmaq üçün hər gün yollarda bəzən üst-üstə 4 saatdan çox vaxt keçirməli olurlar. Xüsusilə Bakı-Sumqayıt şosesində kilometrlərlə uzanan tıxaclar, habelə şəhərin daxili küçələrindəki sıxlıq sakinləri tamamilə bezdirib. Bu dözülməz vəziyyətdən xilas olmaq istəyən bir çox ailə çıxış yolunu Xırdalandakı evini kirayə verib və ya satıb, mərkəzə daha yaxın, metro stansiyalarına piyada məsafəsində yerləşən ərazilərdə kirayədə yaşamaqda görür. Zaman itkisi insanları mənzil sahibi olmaq rahatlığından imtina etməyə məcbur edir.

 

Məsələnin digər tərəfi isə birbaşa gündəlik nəqliyyat xərclərinin ailə büdcəsinə vurduğu ağır zərbə ilə bağlıdır. Xırdalandan paytaxta işləyən ictimai nəqliyyatın, yəni avtobusların intervalındakı gecikmələr və həddindən artıq basırıq olması sakinlərin böyük qismini alternativ vasitələrə yönəldir. Nəticədə əhali arasında “manatlıq” adlandırılan taksilərdən istifadə kütləvi hal alır. Lakin inflyasiya və artan xərclər fonunda adı hələ də “manatlıq” qalan bu taksilər artıq müştərinin birini Bakıətrafı ərazilərdən metronun “Koroğlu” və “20 Yanvar” stansiyalarına 2 manatdan aşağı aparmır. Şəhərdaxili əlavə nəqliyyat xərclərini hesaba qatmasaq belə, sadəcə evdən metroya və geriyə bir nəfərin gündəlik taksi xərci minimum 4 manat təşkil edir. Bir ailədən bir neçə nəfərin şəhərə gedib-gəldiyini nəzərə alsaq, bu məbləğ ay sonunda astronomik bir rəqəmə çevrilir və orta statistik vətəndaşın büdcəsi üçün dözülməz yükə çevrilir. İqtisadi rentabelliyin itməsi evlərin satışını sürətləndirən əsas amillərdən biridir.

 

Bütün bunlarla yanaşı, bəlkə də kütləvi satışların ən aktual və əsas səbəbi ötən ilin payızında və bu ilin yazında Bakıya və Abşeron yarımadasına normadan artıq yağıntının düşməsidir. Güclü yağışlar Xırdalanın və digər Bakıətrafı qəsəbələrin kanalizasiya və drenaj sisteminn tamamilə iflic etdi. Nəticədə minlərlə həyət evinin zirzəmisinə su doldu, divarlarda çürümə və qarşısıalınmaz nəmişlik yarandı. Nəmişlik isə təkcə evlərin strukturuna zərər vurmur, həm də astma, allergiya kimi ciddi sağlamlıq problemlərinə yol açır. Bu gün istər Xırdalanda, istərsə də digər ətraf qəsəbələrdə “əlimyandı” qeydi ilə satışa çıxarılan evlərin böyük əksəriyyəti məhz subasmaya məruz qalmış, qrunt sularının səviyyəsi yüksək olan nəmişlik ərazilərdə yerləşən əmlaklardır. İnsanlar yay fəslinin gəlişindən, havaların quru və isti keçməsindən fürsət kimi istifadə edərək, bu evləri tez bir zamanda satıb canlarını qurtarmağa çalışırlar.

 

Bazarda təklif partlayışının yaşanması və evlərin təcili satılmaq istənməsi qiymətlərdə də özünü aydın şəkildə büruzə verir. Hazırda daşınmaz əmlak bazarında Xırdalanda 3 otaqlı həyət evlərinin qiyməti fantastik dərəcədə ucuz – cəmi 35 min manatdan başlayır. Hətta bəzi populyar elan saytlarında 4 otaqlı, tam təmirli, ikimərtəbəli evlərin 65-67 min manata təklif olunduğunu görmək olar ki, bu da real bazar dəyərindən xeyli aşağıdır. Qiymətlərin bu dərəcədə enməsi sahiblərinin bu ərazilərdən nə qədər tez uzaqlaşmaq istədiklərinin bariz sübutudur. Mövcud infrastruktur və ekoloji problemlər köklü şəkildə həll edilməyənə qədər, Xırdalanda evlərin kütləvi satışı və mərkəzə doğru qaçış tendensiyasının hələ bir müddət də davam edəcəyi gözlənilir. Metbuat.az

Oxşarxəbərlər

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
963
Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA
CƏMİYYƏT

Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA

21/09/2026 15:50
962
Bu institut ləğv edilir – Baş nazir QƏRAR İMZALADI
CƏMİYYƏT

Bu institut ləğv edilir – Baş nazir QƏRAR İMZALADI

21/09/2026 15:49
969
Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR: Yeni dəstək gəlir
CƏMİYYƏT

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR: Yeni dəstək gəlir

21/09/2026 15:43
965
Bakıda avtobusda sərnişinlərin səbr kasası daşdı: Sürücüyə lənət oxudular – VİDEO
CƏMİYYƏT

Bakıda avtobusda sərnişinlərin səbr kasası daşdı: Sürücüyə lənət oxudular – VİDEO

21/09/2026 15:10
965
“Azərbaycanda at qoymayıblar qala, Qazaxıstana aparırlar” – Görüntülər müzakirə yaratdı
CƏMİYYƏT

“Azərbaycanda at qoymayıblar qala, Qazaxıstana aparırlar” – Görüntülər müzakirə yaratdı

21/09/2026 14:26
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

5 yaşlı uşağı olanların nəzərinə

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
959
3 bürc üçün şanslı həftə

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
963
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
965
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.