Sumqayıtın bəzi ərazilərində piyada səkisində yaranan vəziyyət narazılıq yaradıb.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Azərbaycan prospekti və Bulvar küçəsində bəzi obyektlər piyada səkisini zəbt edib.
Şikayətçilərin redaksiyamıza təqdim etdiyi fotolardan da aydındır ki, səkilərin üzərində stol və stullar yerləşdirilib.
Vətəndaşların sözlərinə əsasən, bu cür vəziyyət həm ərazinin görüntüsünü korlayır, həm də gediş-gəlişi çətinləşdirir.
Sakinlər aidiyyəti qurumlardan müvafiq tədbirlərin görülməsini xahiş edirlər.














