Cənubi Koreya Prezidenti Li Ce Myonq yeganə mənzilini satdığını və artıq şəxsi mənzilə sahib olmadığını açıqlayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı daşınmaz əmlak bazarının sabitləşdirilməsi istiqamətində hökumətin həyata keçirdiyi siyasətə ictimai etimadı artırmaq məqsədilə fevral ayında Seul yaxınlığındakı Sonqnam şəhərində yerləşən yeganə mənzilini satışa çıxarıb.
Məlumata görə, Cənubi Koreya hökuməti hazırda yaşayış üçün istifadə olunmayan mənzillərin satışını təşviq edir. Məqsəd mənzil fondunu genişləndirmək və investisiya məqsədilə boş saxlanılan əmlakların bazarda yaratdığı qiymət artımının qarşısını almaqdır.
Nazirlər Kabinetinin iclasında çıxış edən Li Ce Myonq bildirib:
“Artıq evim yoxdur.”
Qeyd olunub ki, mənzil prezidentə və həyat yoldaşı Kim He Kyunqa birgə məxsus olub. İlkin alqı-satqı müqaviləsi artıq imzalanıb, yekun sənədləşmənin isə yaxın günlərdə tamamlanacağı gözlənilir.
“Chosun Ilbo” qəzetinin məlumatına görə, 164 kvadratmetr sahəsi olan mənzil 1998-ci ildən prezidentin mülkiyyətində idi. O, fevral ayında əmlakı 2,9 milyard von (təxminən 1,9 milyon ABŞ dolları) qiymətinə satışa çıxarmış və həmin məbləğə satmışdı.
Hazırda Li Ce Myonq və həyat yoldaşı Seulun Hannam-donq rayonunda yerləşən rəsmi prezident iqamətgahında yaşayırlar.//ajans.az
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.