Bazar ertəsi, Fevral 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AYNA xaosun “güzgüsü” qismində – yığılan pulların aqibəti

28/10/2025 09:28
Gündəm, Manşet
42 2
AYNA xaosun “güzgüsü” qismində – yığılan pulların aqibəti
56
Baxış sayı

“AzParkinq”lə bağlı ictimai narazılıq kütləviləşir, dövlət televiziyası da sürücülərin şikayətini işıqlandırdı – ekspertlər şəffaflığı yoxlamağa çağırdı

Son günlər “AzParkinq”lə bağlı ictimai narazılıq yenidən gündəmə gəlib. AzTV-nin hazırladığı süjetdə sürücülərin çoxsaylı şikayətlərinə yer verilib. İnsanlar haqlı olaraq sual edirlər: park üçün yığılan pullar hara gedir, kimə xidmət edir, nə üçün şəffaflıq yoxdur?

Deputat Vüqar Bayramov bildirib ki, parklanma sistemindən əldə edilən gəlirlər yalnız şəhər infrastrukturunun yaxşılaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə xərclənməlidir: “Əgər bu vəsaitlər şəhərin abadlaşdırılması, yol nişanlarının yenilənməsi, ictimai dayanacaqların qurulması və ya elektron sistemlərin təkmilləşdirilməsi üçün istifadə olunmursa, deməli, burada şəffaflıq problemi var. Cəmiyyət hər ay yığılan məbləğ barədə məlumatlandırılmalıdır”.

Deputat həmçinin qeyd edib ki, parklanma prosesinə elektron nəzarət sisteminin tətbiqi vacibdir. Bu sistem həm gəlirlərin real qeydiyyatını aparar, həm də vəsaitlərin təyinatından yayınmasının qarşısını alar.

Ərşad Hüseynov

Nəqliyyat eksperti Ərşad Hüseynov isə mövzuya beynəlxalq təcrübə kontekstində yanaşır. Onun sözlərinə görə, bir çox ölkələrdə parklanma yerlərindən yığılan vəsaitlər yalnız həmin dayanacaqların saxlanması üçün deyil, bütövlükdə şəhər nəqliyyat sisteminin inkişafına yönəldilir: “Məsələn, bu pullar ictimai nəqliyyatın modernləşdirilməsinə, yeni avtobusların alınmasına, velosiped yollarının çəkilməsinə və hətta hava çirkliliyinin azaldılması proqramlarına xərclənir. Beləliklə, parklanma gəlirləri təkcə xidməthaqqı deyil, həm də şəhər ekosisteminin balanslaşdırılması üçün bir vasitədir”.

Ekspertin fikrincə, bu praktika həm şəhər büdcəsinin yükünü azaldır, həm də vətəndaşın həyat keyfiyyətini artırır. Lakin Bakıda yığılan pulların istiqaməti qaranlıq qalır.

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli məsələni daha sərt şəkildə şərh edib. Onun fikrincə, “AzParkinq”in fəaliyyəti xidmət fəlsəfəsindən uzaqdır: “Dünyanın əksər şəhərlərində istirahət və bayram günləri, axşam saat 20:00-dan sonra parklanma pulsuz olur. Bizdə isə yalnız bazar günü bu qayda tətbiq edilir. Bayram günləri belə pulludur. Bizim qalstuklu məmurlar parklanmanın fəlsəfəsini anlamırlar. Onlar düşünürlər ki, əsas məqsəd pul yığmaqdır. Halbuki məqsəd insana xidmətdir, pul isə yalnız vasitə olmalıdır”.

Məsələnin mahiyyəti sadədir: sürücü hər gün ödədiyi 1-2 manatın qarşılığında şəffaflıq, xidmət və infrastruktur gözləyir. Əgər bu pullar şəhərin yollarına, dayanacaqlarına, işıqlandırılmasına və təhlükəsizlik sisteminə yönəlmirsə, o zaman “AzParkinq”in varlığı nəyə xidmət edir?

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

 Elməddin Muradlı

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, qanuna görə, yığılan pullar yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə, yol infrastrukturunun inkişaf etdirilməsi və bərpasına xərclənməlidir: “Yığılan pullar sistemdə görünür. Nağdsız ödənişdir və bütün sistem bir hesab üzərində qurulub. Ödənişlərin necə xərcləndiyini isə deyə bilmərik. Bununla bağlı əlimizdə hesabat yoxdur”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, “AzParkinq” dövlət şirkətidir və bazar iqtisadiyyatı şəraitində bu cür xidmətlər ona həvalə edilməməlidir: “Belə xidmətlərin dövlət şirkətinə həvalə edilməsi iqtisadiyyatın keçid dövrü ilə bağlıdır. Lakin Azərbaycan hörkuməti elan edir ki, bazar iqtisadiyyatına keçidi başa çatdırıb. Deməli, bazar iqtisadiyyatına keçid başa çatıbsa, yavaş-yavaş dövlətin göstərdiyi cidmətlər öz yerini özəl şirkətlərə verməlidir. Bu şirkətlərin bütün fəaliyyəti şəffaf olmalıdır. “AzParkinq”in  xidmətindən istifadə edən və etməyən şəxslər istənilən an maneəsiz olaraq onun fəaliyyəti ilə tanış olmaq hüququna malikdir. Çünki bu, birbaşa cəmiyyətə xidmət edən şirkətdir. Ona görə də hesab edirəm ki, “AzParkinq”in yalnız xərcləri deyil, bütün fəaliyyəti şəffaf quurlmalıdır. Çox təəssüflər olsun ki, bu, belə deyil. Mütəxəssis olaraq fəaliyyəti ilə tanış ola bilmirəm. Onun xərcləri ilə istənilən vətəndaş internet vasitəsilə tanış olmalı və qiymət verməlidir. Bunu edə bilmirik. Deməli, bu fəaliyyət şəffaf deyil”.

Qeyd edək ki, parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri 2023-cü il 29 iyul tarixli “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası”nın təsdiq edilməsi haqqında Fərmanla müəyyən edilib.  

– parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);

– parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;

– parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;

– parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;

– nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;

– yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;

– parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;

– işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.

Oxşarxəbərlər

“Formula 1” Bakıda keçirilməyəcək – Emin Ağalarovdan nəhəng layihə
Gündəm

“Formula 1” Bakıda keçirilməyəcək – Emin Ağalarovdan nəhəng layihə

22/02/2026 13:31
53
İlham Əliyev Səudiyyə kralını təbrik etdi
Manşet

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

22/02/2026 11:19
54
Əjdər Cəfərova yüksək vəzifə verildi
Gündəm

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
53
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
Manşet

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
68
Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən
Gündəm

Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən

21/02/2026 11:28
52
Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat
Gündəm

Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat

21/02/2026 10:49
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

22/02/2026 19:29
55
Tehran yaxınlığında güclü PARTLAYIŞLAR: Hücum başladı?

Tehran yaxınlığında güclü PARTLAYIŞLAR: Hücum başladı?

22/02/2026 19:10
56
Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı

Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı

22/02/2026 19:06
54
Kənd almaq istəyənlərin NƏZƏRİNƏ: maşın qiymətinə satılır – FOTO

Kənd almaq istəyənlərin NƏZƏRİNƏ: maşın qiymətinə satılır – FOTO

22/02/2026 18:23
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.