MİQ imtahanında coğrafiya müəllimliyi üzrə 90,5 bal toplayan namizəd Günay Şükürova uğur hekayəsini bölüşüb.
Sumqayıt Dövlət Universitetinin magistr məzunu olan Günay Şükürova bildirib ki, yüksək nəticə uzunmüddətli və planlı hazırlığın bəhrəsidir. Onun sözlərinə görə, iki övladını böyütməklə yanaşı, gecə-gündüz çalışaraq imtahana hazırlaşıb.
Namizəd vurğulayıb ki, MİQ-də uğur qazanmaq üçün davamlı hazırlıq, mütəmadi testlərin işlənməsi, sınaq imtahanlarında buraxılan səhvlərin təhlili və qeydlərin təkrar edilməsi xüsusi əhəmiyyət daşıyır.
Mənbə: Azedu.az













