Cümə, İyul 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin – onların yeri axtarılır

17/07/2026 18:15
CƏMİYYƏT
40 0
Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin – onların yeri axtarılır
51
Baxış sayı

Vətəndaşlara Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslər, eləcə də ehtimal olunan dəfn yerləri barədə məlumatların paylaşılması ilə bağlı çağırış xarakterli mesajlar göndərilir.

Mesajda deyilir:

 

“Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslər, o cümlədən ehtimal olunan dəfn yerləri barədə məlumatınız varsa, paylaşın. İtkinlərin taleyinin aydınlaşdırılmasına dəstək olun! www.scmp.gov.az. Qaynar xətt: 8161.”

 

Maraqlıdır, bu mesajların yayılmasında məqsəd nədir və çağırışlar niyə məhz indi aktuallaşıb? Hazırda Azərbaycanda neçə nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır? Bu cür məlumatlandırma kampaniyaları axtarış prosesinə real töhfə verə bilərmi? İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi hansı hüquqi və beynəlxalq mexanizmlər əsasında həyata keçirilir?

 

Gündəm24.az  bildirir ki, Globalinfo.az məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına sorğu ünvanlayıb.

 

Qurumdan bildirilib ki, itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron qaydada həyata keçirilməsi məqsədilə Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center – OIC) istifadəyə verilib.

 

“Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System – iDMS) əsasında yaradılıb. Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmin edilməsinə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına, həmçinin itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir”.

 

esir 14

 

Komissiyadan qeyd olunub ki, sistem hazırlanarkən Azərbaycan qanunvericiliyinin tələbləri və qurumun fəaliyyət istiqamətləri nəzərə alınıb:

 

“Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar ölkə ərazisində yerləşən serverlərdə saxlanılır. İstifadəçilər portal vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumat təqdim edə, Dövlət Komissiyasına elektron müraciət göndərə, ehtimal olunan məzar və ya dəfn yerlərini coğrafi koordinatlarla birlikdə göstərə, fotoşəkilləri, sənədləri və digər materialları sistemə əlavə edə, həmçinin araşdırmaların operativ aparılması üçün əlavə məlumatlar təqdim edə bilərlər.

 

Portalın əsas üstünlüklərindən biri vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil olunması və aidiyyəti dövlət qurumlarına təqdim edilməsidir. Bu da axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

 

Onlayn Sorğu Mərkəzindən istifadə etmək üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.

 

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə kömək edə biləcək hər hansı məlumata malik bütün vətəndaşları Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadə etməyə çağırır”.

Oxşarxəbərlər

Əli Əsədov qərar imzaladı
CƏMİYYƏT

Əli Əsədov qərar imzaladı

17/07/2026 18:54
50
Şəhidin zabit qardaşı VƏFAT ETDİ
CƏMİYYƏT

Şəhidin zabit qardaşı VƏFAT ETDİ

17/07/2026 18:43
51
“Vaqa”nın anası vəfat etdi – FOTO
CƏMİYYƏT

“Vaqa”nın anası vəfat etdi – FOTO

17/07/2026 17:35
51
Şəkər tozu alanlara VACİB XƏBƏR: Qiymətlərlə bağlı gözlənti açıqlandı
CƏMİYYƏT

Şəkər tozu alanlara VACİB XƏBƏR: Qiymətlərlə bağlı gözlənti açıqlandı

17/07/2026 17:15
55
Sumqayıtın bu küçəsində zibillər 1 həftədən çoxdur daşınmır? – İDDİA
CƏMİYYƏT

Sumqayıtın bu küçəsində zibillər 1 həftədən çoxdur daşınmır? – İDDİA

17/07/2026 16:45
55
Sumqayıtın bu şirkətində RƏHBƏR DƏYİŞDİ
CƏMİYYƏT

Sumqayıtın bu şirkətində RƏHBƏR DƏYİŞDİ

17/07/2026 16:20
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

17/07/2026 18:54
50
Şəhidin zabit qardaşı VƏFAT ETDİ

Şəhidin zabit qardaşı VƏFAT ETDİ

17/07/2026 18:43
51
İlham Əliyev bu qanunu təsdiqlədi

İlham Əliyev bu qanunu təsdiqlədi

17/07/2026 18:37
52
Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin – onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin – onların yeri axtarılır

17/07/2026 18:15
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
60

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
62

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.