Çərşənbə, Fevral 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ramiz Mehdiyev məktubu nəyi ifşa edir? – 12-ci Ordu və gizli detalları

28/10/2025 12:26
Manşet
42 3
Ramiz Mehdiyev məktubu nəyi ifşa edir? – 12-ci Ordu və gizli detalları
57
Baxış sayı

PA və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ötən gün yayılan məktubunun “çatışmayan cəhəti” nə vaxt, harada yazıldığı və kimə ünvanlandığının bilinməməsidir.

Doğrudur, Ramiz Mehdiyevin artıq çevriliş üçün Rusiyadan yardım istədiyi haqda məlumat var. Ancaq Rusiyada kimdən, hansı qurumdan və hansı formada yardım dilənib? – bunu bilmirik və yayılan məktub da bu suallara aydınlıq gətirmədi.

Görünür, bu məktub Rusiyanın bəlli qurumlarına ünvanlanan “ilk müraciət” deyil, bundan öncə müraciət olub və yaxud bu məktub tam deyil, əvvəlki səhifələr, yarımbaşlıqlar var.

Gündəm24.az bakupost-a istinadən xəbər verir ki, o yarımbaşlıqlar və yaxud öncəki müraciətlərin yayılmamasının səbəbi “adlı siyahı”lar ola bilər, vaxtı çatdıqca, o adlar da cəmiyyətə təqdim ediləcək.

Buna baxmayaraq, yayılan bu hissə də Ramiz Mehdiyevin əməlləri üzərinə işıq tutmaq üçün növbəti “şamdır”.

Ramiz Mehdiyevin yazdıqlarına diqqət edək:

  1. “Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemini, eləcə də iqtisadi həyatı əhatə edən dərin böhran köklü islahatların və dəyişikliklərin aparılmasını tələb edir. Bir tərəfdən mövcud idarəetmə strukturunun səmərəsizliyi mövcud hökumətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən bu struktur avtoritarizm tərəfindən iflic edilmiş qəddar bir ruhla bağlıdır”.

Mehdiyev idarəetmə sistemindəki “səmərəsizlikdən”, “əxlaq”dan narazıdır, “strukturun avtoritarizm tərəfindən iflic edilməsindən” qəzəblənib.

Təsəvvür etmək belə çətindir ki, Ramiz Mehdiyev – hamını illərlə qorxuda saxlayıb, ona qarşı tənqidi fikir səsləndirənləri və yaxud ümumiyyətlə sevmədiklərini ən ağır şəkildə cəzalandırması ilə fərqlənən balacaboy qoca əxlaqdan danışır, avtoritarizmin strukturu iflic etməsindən dəm vurur.

Bu ölkədə 90-cı illərin ikinci yarısından ən radikal müxalif mediada təmsil olunanlar yaxşı xatırlayır: Heydər Əliyev kimi nəhəngi tənqid etməyin heç bir qorxusu yox idi, ancaq sən Ramiz Mehdiyevi tənqid edərdinsə, onun adını çəkərdinsə, ən yaxşı halda həbs ediləcəkdin, ən pis halları isə saymaqla bitməz: bura ən ağır şəkildə fiziki-siyasi-hüquqi şiddətdən tutmuş bütün nəslinlə birgə “cavab verməyə” qədər, hər şey daxil idi.

İndi isə Ramiz Mehdiyev “avtoritarizmdən” bəhs edir, “qəddar ruhdan” danışır – bəlkə də kabus görür, axı, hər necə olsa, 87 yaşındadır və bir ayağı, yəni bir gözü əməllərinin nəticələrini “görə” də bilər.

  1. “İqtisadi həyatı əhatə edən dərin böhran”dan danışır, yaşını unudub, özünün “xilaskar Mehdi” kimi göstərməyə çalışır.

Ramiz Mehdiyevin rüşvət və korrupsiya ilə əldə etdiyi milyardlar yeni-yeni üzə çıxmaqdadır. Yüzlərlə daşınmaz əmlak, villalar, bahalı maşınlar, o cümlədən saysız-hesabsız obyektlər, banklar Mehdiyevin necə bir “xilaskar” olduğunu göstərir.

Mehdiyevin ölkə daxilindəki və xaricindəki sərvətinin həcminə yəqin ki, İlon Mask təəccüb edərdi – onun bütün sərvətinin siyahısını tutmaq yəqin ki, bir neçə min cildlik cinayət işlərinə ancaq sığar.

  1. Ramiz Mehdiyev “yeni idarəetmə” modeli təklif edir – guya: yeganə yenilik 50 nəfərlik “Dövlət Şurası”dır, bir də “seçkilərin” müddətini uzatmaq, 7 illik etməkdir.

“Dövlət Şurası” ideyası hardan yaranıb, bəlli deyil; bəlli olan Ramiz Mehdiyevin “akademik yanaşma” sərgiləməyə çalışdığı halda özünü ifşa etməsidir. Azərbaycan Konstitusiyasında “Dövlət Şurası” yoxdur. Mehdiyev “DŞ” yaratmaq istəyibsə, onda “hakimiyyətin zorla ələ keçirilməsi” ilə yanaşı, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə də cəhd edib və bu, ayrıca ittiham kimi irəli sürülməlidir.

  1. Mehdiyev “demokratik prinsip” kimi 50 nəfərlik “şura üzvünün” qeyri-məhdud səlahiyyətlərindən bəhs edir, ancaq hər şeyi Sədr aparatına bağlayır: “DeŞe” üzvünün səlahiyyətini əlindən almaq görəvi də sədrə həvalə edilir – tam bir diktatura.
  2. Mehdiyev iddia edir ki, “bu cür dəyişikliklər ölkəni prezident respublikasından hakimiyyətə nəzarət etmək üçün effektiv mexanizmə malik parlament respublikasına çevirəcək”.

Buna kim deyib ki, Azərbaycan xalqı parlament respublikası istəyir? Dünyanın hazırkı durumu prezident üsul-idarəsinin çevik qərarlar üçün nə qədər effektiv olduğunu dəfələrlə sübut edib və təsadüfi deyil ki, Türkiyə özü belə prezident idarəetməsinə keçid məcburiyyətində qaldı. Mehdiyevin yardım istədiyi ölkədə idarəetmə hansı modeldir ki?

Mehdiyev “parlament respublikası” yaradıb, kimin qulluğunda durmaq istəyirdi?

Nəhayət, sonuncu: Ramiz Mehdiyev sanki demokratiyanın beşiyi olan ölkədən “yardım-çarə” istəyir. Bu məktub-müraciət Rusiyaya ünvanlanmayıbmı?

Əlbəttə ki, bu məktubun bu cür hazırlanması da təsadüfi xarakter daşımır. Sanki “çevriliş zamanı” xilaskar “12-ci ordu”nu qarşılayarkən, əsasına dirənib çəpik çalacaq Mehdiyev “şanlı məktubu”nun oxunacağını, yayılacağını, xalqın “istiqlal mətninə” dönüşdürüləcəyini də hesablayıb. Ona görə də Trampı, Makronu, Starmeri heyrətdə qoyacaq, Mandellanı, Qandini kölgədə buraxacaq bir “demokratiya sistemi” görüntüsünü yaratmağı da hesablayıb.

Dəccal Mehdiyevin məkri keçmədi…

Oxşarxəbərlər

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO
Gündəm

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO

25/02/2026 09:56
52
Leyla və Alena Əliyevalar Qubada – FOTOLAR
Gündəm

Leyla və Alena Əliyevalar Qubada – FOTOLAR

25/02/2026 09:25
51
Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın
Dünya

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

24/02/2026 16:16
54
Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası
Dünya

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

24/02/2026 15:59
52
Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır
Dünya

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

24/02/2026 15:58
52
Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir
Dünya

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

24/02/2026 15:45
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO

25/02/2026 09:56
52
“HALAL” sertifikatı verilən müəssisələrin sayı açıqlandı

“HALAL” sertifikatı verilən müəssisələrin sayı açıqlandı

25/02/2026 09:50
54
“F-16″da həlak olan pilotun FOTOSU

“F-16″da həlak olan pilotun FOTOSU

25/02/2026 09:43
51
Trampın çıxışı zamanı gərginlik: bəzi etirazçılar zaldan çıxarıldı

Trampın çıxışı zamanı gərginlik: bəzi etirazçılar zaldan çıxarıldı

25/02/2026 09:38
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

24/02/2026 16:16
54

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

24/02/2026 15:59
52

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

24/02/2026 15:58
52

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

24/02/2026 15:45
52

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In