Türkiyədə 4,2 bal gücündə zəlzələ olub
Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlama yayıb.
Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
Dağıntı və insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib.














