Çərşənbə, İyul 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

22/07/2026 07:01
CƏMİYYƏT, Manşet
49 2
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
64
Baxış sayı

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Gündəm24.az  xatırladır ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməli qoyulub.

 

Bu dövrdən etibarən Azərbaycan mətbuatı keşməkeşli, lakin şərəfli bir yol keçərək bu günə gəlib çatıb.

“Əkinçi” bir çox məhdudiyyətlərə və senzuraya baxmayaraq, xalqın səsinə çevrilə bildi. Qəzet müxtəlif mövzulara toxunaraq cəmiyyətin oyanışına mühüm zəmin yaratdı. Beləliklə, Həsən bəyin irsi Azərbaycan mətbuatının bayraqdarına, flaqmanına çevrildi.

 

“Əkinçi”nin unikallığı ondan ibarət idi ki, qəzetdə qaldırılan problemlərin bir çoxu bu gün də aktualdır və həllini gözləyir. 1875–1877-ci illər ərzində 56 sayı çap olunan qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Əsgər ağa Gorani kimi ziyalıların da əvəzsiz xidmətləri olub. Təəssüf ki, 29 sentyabr 1877-ci ildə Həsən bəy Zərdabiyə qarşı artan təzyiqlər, sərt senzura və maddi çətinliklər qəzetin fəaliyyətini dayandırmağa məcbur etdi.

 

Bununla belə “Əkinçi”nin cəmi iki illik fəaliyyəti də sonrakı nəsil üçün ilham mənbəyinə çevrildi. 1903-cü ildə Avropa və Mərkəzi Rusiyada jurnalistika sahəsində təcrübə toplamış Məhəmməd ağa Şahtaxtlı Tiflisdə “Şərqi-Rus” qəzetini nəşr etməyə başladı. İctimai-siyasi, iqtisadi, elmi və ədəbi mövzuları əhatə edən qəzet ətrafında Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Firudin Köçərli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi tanınmış maarifçiləri birləşdirərək yeni nəsil jurnalistlərin yetişməsinə böyük töhfə verdi.

 

“Şərqi-Rus”da peşəkar jurnalist kimi püxtələşən Cəlil Məmmədquluzadə 1906-cı il aprelin 7-də Tiflisdə nəşrinə başladığı “Molla Nəsrəddin” jurnalı ilə milli mətbuatın inkişafında yeni mərhələ açdı və adını Azərbaycan mətbuat tarixinə qızıl hərflərlə yazdırdı. 1918-ci ilə qədər Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1921–1931-ci illərdə isə Bakıda nəşr olunan jurnal müstəmləkəçilik siyasətini, cəhaləti, sosial ədalətsizliyi kəskin tənqid edərək geniş oxucu auditoriyası qazandı, nüfuzu Qafqazı aşaraq Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayıldı.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması da mətbuatın inkişafında mühüm dönüş nöqtəsi oldu. Rusiya İmperiyasının sərt senzurası uzun illər mətbuatın yayılmasına əngəl törətsə də, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəcəf bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadə kimi ziyalılar çıxış yolları taparaq milli ideyanın təbliğinə geniş yer verdilər. 1905–1918-ci illərdə “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “İqbal”, “Açıq Söz” kimi qəzet və jurnallar millətin taleyüklü problemlərini işıqlandırdı, dövlətçilik təfəkkürünün formalaşmasına xidmət etdi.

 

1920-ci ilin aprel işğalından sonra sovet ideoloji sistemi mətbuatı yalnız təbliğat vasitəsi kimi istifadə edərək, jurnalistikanın əsas məqsədini yeni siyasi quruluşun üstünlüklərinin təbliği ilə məhdudlaşdırdı.

XX əsrin 80-ci illərinin sonlarından SSRİ-də gedən demokratikləşmə prosesi Azərbaycanda da ictimai-siyasi oyanışa təkan verdi. Ermənistanın təcavüzkar siyasətinə etiraz ümumxalq hərəkatına çevrildi. Bu dövrdə “Azərbaycan”, “Aydınlıq”, “Yeni Fikir”, “Meydan”, “Azadlıq”, “Səhər”, “Odlar Yurdu”, “Gənclik”, “Xəzər” kimi qəzet və jurnallar rəsmi təbliğata alternativ informasiya mənbəyinə çevrilərək cəmiyyətin obyektiv məlumatlanmasına xidmət etdi.

 

Müstəqillik dövründə isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələyə qədəm qoydu. 1990-cı il milli mətbuatımızın azad sözün qaranlıqdan işığa çıxış tarixidir. Bu illər jurnalistlərin gerçəkliyi yazmaq üçün həyatlarını təhlükəyə atdıqları şərəfli dövr kimi yadda qaldı.

 

Ölkədə baş verən siyasi hadisələrə, çaxnaşmalara baxmayaraq, mətbuat Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün fəal mübarizə apardı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda dönüş nöqtəsi yarandı. 1998-ci il 6 avqust tarixində Prezident Heydər Əliyevin imzaladığı Fərmanla senzuranın ləğvi milli mətbuat tarixində mühüm hadisə oldu.

 

Prezident İlham Əliyev də mediaya xüsusi önəm verir. Onun 31 iyul 2008-ci il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi. Bu sənəd redaksiyaların fəaliyyətinin dəstəklənməsi, müasir texnologiyaların tətbiqi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi üçün yeni imkanlar yaratdı.

 

Azərbaycan mətbuatı çağırışlara daim cavab verib. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsidir. Bu müharibə dövründə mətbuat informasiya cəbhəsində də əsl qəhrəmanlıq nümayiş etdirdi. Ali Baş Komandan Prezident İlham Əliyevin çağırışına cavab verən Azərbaycan mediası düşmən təbliğatını məğlub edərək həqiqətlərimizi dünyaya çatdırmağı bacardı.

 

Vətən müharibəsindən sonra da mediamızın qarşısında yeni vəzifələr durdu. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” yeni qanun qəbul olundu. Bütün bunlar milli mətbuatın müasir çağırışlara uyğun şəkildə inkişafına xidmət edir.

 

Onu da vurğulamaq yerinə düşər ki, artıq ardıcıl dördüncü ildir ki, Şuşa Qlobal Media Forumu keçirilir. Ənənə halını almış forum çərçivəsində Prezident İlham Əliyev yerli və xarici jurnalistlərin suallarını cavablandırır.

Xatırladaq ki, 25 aprel 2025-ci il tarixində Prezident İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb, yubiley medalı təsis edilib.

Oxşarxəbərlər

Baş nazirdən MÜHÜM QƏRAR
CƏMİYYƏT

Baş nazirdən MÜHÜM QƏRAR

22/07/2026 13:20
50
İcra başçısına ağır itki üz verdi
CƏMİYYƏT

İcra başçısına ağır itki üz verdi

22/07/2026 13:07
50
Arzum məhkəmə zalından azad edildi – VİDEO
CƏMİYYƏT

Arzum məhkəmə zalından azad edildi – VİDEO

22/07/2026 12:39
52
Pensiya almaq istəyənlərin diqqətinə: Hər kəs bunu bilmir
CƏMİYYƏT

Pensiya almaq istəyənlərin diqqətinə: Hər kəs bunu bilmir

22/07/2026 12:12
52
Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi
Manşet

Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

22/07/2026 10:17
54
“Bu ailələrə uşaqpulu, azı 4 uşağı olanlara isə…” – Yeni məsələ gündəmdə
CƏMİYYƏT

“Bu ailələrə uşaqpulu, azı 4 uşağı olanlara isə…” – Yeni məsələ gündəmdə

22/07/2026 10:08
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Baş nazirdən MÜHÜM QƏRAR

Baş nazirdən MÜHÜM QƏRAR

22/07/2026 13:20
50
Mehdiabadda kişini başından vurub öldürdülər

Mehdiabadda kişini başından vurub öldürdülər

22/07/2026 13:15
50
İcra başçısına ağır itki üz verdi

İcra başçısına ağır itki üz verdi

22/07/2026 13:07
50
Arzum məhkəmə zalından azad edildi – VİDEO

Arzum məhkəmə zalından azad edildi – VİDEO

22/07/2026 12:39
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

22/07/2026 10:17
54

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

21/07/2026 18:04
73

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

21/07/2026 11:07
62

Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

20/07/2026 11:02
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.