Müğənni Xatun konsert proqramı zamanı gözlənilməz hadisə ilə qarşılaşıb.
Gündəm24.az xəbər verir ki, sənətçi səhnədə mahnı ifa edərkən çəyirtkə onun üzərinə qonub. Gözlənilməz hadisə səbəbindən Xatun qısa müddətlik çaşqınlıq yaşayıb.
Buna baxmayaraq, ifaçı soyuqqanlılığını qoruyaraq çıxışını yarımçıq saxlamayıb və proqramını davam etdirib.
Səhnədə yaşanan həmin anlar tamaşaçılar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Qısa zamanda yayılan görüntülər izləyicilərin marağına səbəb olub və müxtəlif rəylərlə müzakirə edilib.













