Xəbər verdiyimiz kimi, Ceyranbatan qəsəbəsində yerləşən “Ekopark” Yaşayış Kompleksində yanğın baş verib.
Hadisə ilə əlaqədar bina sakinləri təxliyə edilib.
Doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zəhərlənənlərin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sakinlərdən birinin sözlərinə görə, yanğın zamanı binada dəhşətli anlar yaşanıb.
Qeyd edilib ki, yanğın nəticəsində tüstüdən boğulanlar, kömək üçün qışqıranlar, hətta özünü binadan atan insanlar var idi.













