Sumqayıtda mikrorayonlardan birində ağacın budağı qırılaraq yerə düşüb.
Bu barədə Sumqayit24.az-a şəhər sakinləri məlumat veriblər.
Məlumata görə, hadisə 9-cu mikrorayonda, Üzeyir Hacıbəyov küçəsində, yaşayış binasının arxasında baş verib.
Güclü küləyin təsirindən söyüd ağacının iri budaqlarından biri qırılaraq qaz borusunun və naqillərin üzərinə aşıb.
Nəticədə qaz borusu əyilib, naqillər isə ağacın arasında qalıb.













