Sumqayıtda mikrorayonlardan birində yaranan vəziyyət narahatlıq doğurur.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, 13-cü mikrorayon, 27 saylı binanın arxasında tez-tez antisanitar vəziyyət yaranır.
Vətəndaşların sözlərinə əsasən, yaxınlıqda zibil qutuları yerləşsə də, bəzi sakinlər məişət tullantılarını ağacın dibinə atırlar.
“Burada demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşırıq. Bu vəziyyət həm antisanitar vəziyyət yaradır, həm də ərazinin görünüşünü korlayır”, – deyə sakinlər bildiriblər.
Onlar aidiyyəti qurumlardan sakinlərin bu məsələdə daha məsuliyyətli davranmalarının təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş ediblər.













