Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovun işdən çıxarılacağı iddia olunur.
Bildirilir ki, artıq bununla bağlı direktorun ərizəsi alınıb və yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.
Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmadı – zənglərə cavab vermir. TƏBİB-dən isə bildirildi ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.
Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunub.
Mənbə: Bakupost.аz













