Sumqayıt təhsil ocaqları 11-ci sinif şagirdlərinin buraxılış imtahanında Azərbaycan dili fənni üzrə yüksək nəticə göstərən məktəblər arasında ilk sıradadır.
Bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Orta bal göstəricisinə əsasən, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyası siyahının birinci sırasındadır. Bu məktəbdə imtahanda iştirak edən 62 şagirdin orta balı 92.44 olub. İkinci sırada Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi qərarlaşıb.
Həmin təhsil müəssisəsində buraxılış imtahanında iştirak edən 40 şagirdin orta balı 89.87 təşkil edib.
Bundan əlavə, Sumqayıt şəhər “İstedad” liseyində buraxılış imtahanında iştirak edən 61 şagirdin orta balı 84.45 olub.
Qeyd edək ki, 9-cu siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticə göstərən şəhər və rayonlar arasında Sumqayıt ilk sırada qərarlaşıb. Həmçinin, 11-ci siniflər üzrə buraxılış imtahanının nəticələrində də Sumqayıt ən yüksək göstəriciyə malik şəhərlər sırasında yer alıb.
Mənbə: Azedu.az













