Sumqayıt məktəblisi qəbul imtahanında maksimum nəticə göstərib.
Gündəm24.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Nəticələrə əsasən, IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib. Belə ki, o buraxılış imtahanından maksimum nəticə olan 300 bal, qəbul imtahanından isə 400 bal əldə edərək ən yüksək nəticəni əldə edib.//sumqayıt24.az














