Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mülki ticarət gəmilərinin taleyi ilə bağlı sərt açıqlama verib.
Gündəm24.az xəbərinə görə Medvedev bildirib ki, əgər hər hansı ticarət gəmisi “əks tərəfin maraqlarına xidmət edən” yük daşıyırsa, Rusiya onu neytral sularda olsa belə vurmaq hüququna malikdir.
Bu bəyanat, beynəlxalq gəmiçilik təhlükəsizliyi və neytral sularda mülki gəmilərin toxunulmazlığı mövzusunda davam edən müzakirələr fonunda səslənib.
Əli Əliyev
Gündəm24.az














