Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda 21 yaşlı İşık T. 4-cü mərtəbədə yerləşən mənzilin şüşə balkonundan yıxılaraq ağır yaralanıb.
Gündəm24.az xəbər verir ki, hadisə gecə saatlarında Atatürk Məhəlləsi, Sadri Artunç küçəsində yerləşən yaşayış binasında baş verib.
Məlumata görə, İşık T. naməlum səbəbdən mənzilin şüşə balkonundan aşağı düşüb.
Gənc qadın yerə çırpılmadan əvvəl binanın aşağı mərtəbəsində yerləşən tentin üzərinə düşüb.
Hadisə barədə ətrafdakıların məlumat verməsindən sonra əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Ağır xəsarət alan İşık T. ilkin tibbi yardım göstərildikdən sonra şəhərdəki özəl xəstəxanaya yerləşdirilib.
Həkimlərin məlumatına görə, 21 yaşlı qızın vəziyyəti kritik olaraq qalır.
Hadisə zamanı mənzildə olduğu bildirilən 25 yaşlı Azərbaycan vətəndaşı F.Z. polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Polis faktla bağlı araşdırmaya başlayıb.














