Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qiymətlər Maaşları Qabaqlayır — Ekspert Açıqlamas

12/08/2026 16:05
CƏMİYYƏT
46 1
Qiymətlər Maaşları Qabaqlayır — Ekspert Açıqlamas
59
Baxış sayı
Azərbaycanda maaşların artmasına baxmayaraq, ərzaq və gündəlik tələbat məhsullarının bahalaşması əhalinin real gəlirlərinə təsir göstərir.
Maaş artımının qiymət artımından geri qalmasının səbəbləri və vəziyyətdən çıxış yolları ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli “Bakupost”a açıqlama verib.
O bildirib ki, maaşların artması ilə qiymətlərin yüksəlməsi eyni məna daşımır:
“Əməkhaqqı nominal gəliri göstərir. Lakin insanların real vəziyyətini müəyyən edən əsas göstərici həmin maaşla nə qədər məhsul və xidmət almağın mümkün olmasıdır. Məsələn, maaş 8 faiz artır, amma ərzaq, kommunal, nəqliyyat və digər gündəlik xərclər 10 faiz yüksəlirsə, nominal gəlir artsa da, real alıcılıq qabiliyyəti azalır”.
Akif Nəsirlinin sözlərinə görə, maaşların qiymətlərdən geri qalmasının əsas səbəblərindən biri məhsuldarlığın və iqtisadi gəlirlərin əməkhaqqı artımı ilə eyni sürətlə yüksəlməməsidir.
“Müəssisənin istehsalı və gəliri ciddi şəkildə artmırsa, əməkhaqqının sürətlə artırılması onun xərclərini yüksəldir və bu xərcin bir hissəsi məhsul və xidmətlərin qiymətinə keçir. Buna görə davamlı maaş artımının əsas mənbəyi iqtisadiyyatda daha çox əlavə dəyərin yaradılmasıdır”, – deyə ekspert qeyd edib.
O bildirib ki, Azərbaycanda bir sıra ərzaq məhsulları, xammal, avadanlıq və digər məhsulların idxaldan asılılığı da qiymət artımına təsir göstərir. Dünya bazarında qiymətlərin, daşınma və logistika xərclərinin yüksəlməsi daxili bazarda da bahalaşmaya səbəb olur.
Ekspert xüsusilə ərzaq qiymətlərinin artmasının aşağı və orta gəlirli ailələrə daha ciddi təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu ailələrin büdcəsində ərzağın payı daha yüksək olduğundan qiymət artımını daha ağır hiss edirlər.
“Ən təhlükəli vəziyyət maaş artımının əsasən nominal qalması, qiymət artımının isə gündəlik xərclərdə daha sürətli hiss edilməsidir. İnsan maaşının artdığını görür, amma ayın sonunda əvvəlki qədər məhsul ala bilmədiyini müşahidə edir. Bu halda statistik olaraq gəlirlər artsa da, real rifah yüksəlmir”, – Akif Nəsirli deyib.
İqtisadçı hesab edir ki, problemin həlli yalnız maaşların inzibati qaydada artırılmasından keçmir. Onun fikrincə, maaş artımı məhsuldarlıq və iqtisadi artımla dəstəklənməlidir.
Ekspert yüksək məhsuldarlığa malik sahələrin, sənaye, kənd təsərrüfatı, texnologiya və xidmət sektorlarının inkişaf etdirilməsini vacib sayır. Bununla yanaşı, rəqabətin gücləndirilməsi, bazarda dominant mövqedən sui-istifadə və süni bahalaşma hallarının qarşısının alınması da qiymətlərin sabitləşdirilməsinə kömək edə bilər.
Akif Nəsirli ərzaq qiymətlərinin sabitləşdirilməsi üçün yerli istehsalın artırılmasını, fermerlərin istehsal xərclərinin azaldılmasını, suvarma və logistika imkanlarının yaxşılaşdırılmasını, həmçinin anbar və soyuducu şəbəkəsinin genişləndirilməsini təklif edib.
Onun sözlərinə görə, sosial baxımdan minimum əməkhaqqı, pensiya və sosial ödənişlərin müəyyən dövrlərdə inflyasiyaya uyğun indeksləşdirilməsi də əhalinin alıcılıq qabiliyyətinin qorunmasına kömək edə bilər.
“Əsas hədəf maaşların qiymətlərin arxasınca qaçdığı vəziyyətdən çıxmaqdır. Qiymətlər hər il artır, maaşlar isə yalnız həmin bahalaşmanı kompensasiya etmək üçün yüksəldilirsə, bu, real rifah artımı yaratmır. Davamlı həll yolu məhsuldarlığın yüksəldilməsi, rəqabətli iqtisadiyyatın qurulması, ərzaq və idxal asılılığının azaldılması və əldə olunan iqtisadi artımın əməkhaqqına daha böyük payla çevrilməsidir”, – deyə ekspert əlavə edib.

Oxşarxəbərlər

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!
CƏMİYYƏT

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

14/08/2026 09:45
56
620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?
CƏMİYYƏT

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
54
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU
CƏMİYYƏT

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU

14/08/2026 09:06
57
DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!
CƏMİYYƏT

DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!

14/08/2026 08:28
61
Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?
CƏMİYYƏT

Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?

14/08/2026 08:17
61
Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!
CƏMİYYƏT

Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!

14/08/2026 08:06
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

“Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

14/08/2026 11:05
55
Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ

Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ

14/08/2026 10:24
54
Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

14/08/2026 09:45
56
Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

14/08/2026 09:34
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
98

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.