Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
CƏMİYYƏT
41 2
620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?
55
Baxış sayı

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

1, 2 və 3 otaqlı mənzillər üzrə aylıq ödənişlər 620 manatdan başlayır. Mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün bu mexanizm alternativ imkan kimi qiymətləndirilsə də, minimum aylıq ödənişin ailə büdcəsi üçün nə dərəcədə əlçatan olduğu sual doğurur.

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı azxebercom-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təqdim olunan mənzillər mövcud şərtlərlə cəmiyyətin bütün təbəqələri üçün əlçatan deyil:

“İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində satışa çıxardığı və minimum aylıq ödənişin 620 manat olduğu mənzillər, təəssüf ki, cəmiyyətdə hər kəs üçün əlçatan deyil. İlk növbədə nəzərə almaq lazımdır ki, minimum əməkhaqqı ölkə üzrə 400 manatdır və əhalinin əksər təbəqəsi minimum əməkhaqqı və ondan cüzi yüksək məvacib alır. Bundan əlavə, xüsusilə gənc və azyaşlı övladı olan ailələrdə çox vaxt yalnız bir nəfər işləyir. Belə bir vəziyyətdə 620 manatlıq aylıq ödəniş həmin ailələr üçün kifayət qədər ciddi maliyyə yükü yarada bilər”.

İqtisadçı qeyd edib ki, mövcud şərtlər daha çox orta gəlirdən yüksək qazancı olan şəxslər üçün əlverişli görünür:

“Belə bir halda mənzil sahibi olmaq istəyənlər əsasən orta gəlirdən yüksək gəlir əldə edən şəxslərdir. Digər tərəfdən, ikinci və ya üçüncü mənzili alaraq kirayəyə vermək istəyən şəxslərin də bu mexanizmə maraq göstərməsi mümkündür. Düşünürəm ki, aylıq ödənişlərin nisbətən aşağı olması və şərtlərin daha əlçatan hala gətirilməsi məqsədəuyğun olardı”.

G.Hüseynovanın sözlərinə görə, buna baxmayaraq, uzunmüddətli perspektivdə bu mexanizm paytaxtda yaşamaq və mənzil sahibi olmaq istəyən şəxslər üçün müəyyən üstünlüklər yarada bilər:

“Məlumdur ki, tədris ilinin başlanması ilə əlaqədar kirayə və satış bazarında da qiymətlər yüksəlib. Qiymətlər əksər hallarda minimum əməkhaqqını əhəmiyyətli dərəcədə üstələyir. Gələcək karyerasını Bakıda davam etdirmək və uzunmüddətli yaşamaq istəyən şəxslər üçün bu mexanizm avantajlı ola bilər”.

Ekspert bildirib ki, daşınmaz əmlak bazarında qiymətlər qısa müddət ərzində belə dəyişə bildiyindən, uzunmüddətli baxımdan satmaq öhdəliyi ilə kirayə mexanizmi müəyyən vətəndaşlar üçün daha sərfəli seçim ola bilər:

“Daşınmaz əmlak sektorunda hətta üç ay ərzində qiymətlər dəyişə bilir. Eyni zamanda, illərlə kirayə haqqı ödəyərək müəyyən məbləğ toplamaq və daha sonra mənzil almaqdansa, bu mexanizm vasitəsilə mənzil sahibi olmaq bəzi vətəndaşlar üçün daha sərfəli ola bilər”.

Oxşarxəbərlər

Qaradağda MEYVƏLİ Ticarət Mərkəzində YANĞIN
CƏMİYYƏT

Qaradağda MEYVƏLİ Ticarət Mərkəzində YANĞIN

14/08/2026 13:05
51
Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!
CƏMİYYƏT

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

14/08/2026 09:45
57
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU
CƏMİYYƏT

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU

14/08/2026 09:06
59
DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!
CƏMİYYƏT

DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!

14/08/2026 08:28
63
Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?
CƏMİYYƏT

Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?

14/08/2026 08:17
63
Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!
CƏMİYYƏT

Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!

14/08/2026 08:06
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qaradağda MEYVƏLİ Ticarət Mərkəzində YANĞIN

Qaradağda MEYVƏLİ Ticarət Mərkəzində YANĞIN

14/08/2026 13:05
51
“Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

“Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

14/08/2026 11:05
55
Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ

Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ

14/08/2026 10:24
55
Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

14/08/2026 09:45
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
101

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.