Ermənistan parlamentində hakim “Mülki müqavilə” partiyasının üzvü Babken Tunyanla müxalifətçi deputat Marianna Qəhrəmanyan arasında insident yaşanıb.
Gündəm24.az globalinfoaz-a istinadən xəbər verir ki, B.Tunyan peşəkarlıqdan danışarkən müxalifət sıralarında əvvəllər absurd fikirlər səsləndirən şəxslərin olduğunu xatırladıb.
O bildirib ki, söhbət Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindəki bəzi ərazilərin təhvil verilməsindən gedir.
“Təxminən 3-4 il əvvəl Dilican tuneli təmir edilərkən bağlanmışdı. Sizin bir deputat yazmışdı ki, Dilican tunelini Azərbaycan Ordusunun Tavuşdakı torpaqlara yerləşməsi üçün bağlayıblar. O deyir ki, guya məqsəd həmin məqamda Ermənistan ordusunun köməyə gəlməsinin qarşısını almaqdır. O qədər absurd fikirdir ki, bunu təsəvvür etmək belə kifayət qədər çətindir”, – Tunyan deyib.














