Türkiyənin Qaziantep şəhərində 23 yaşlı eşitmə və danışma məhdudiyyətli qızın qaçırılaraq dörd nəfərin cinsi zorakılığına məruz qaldığı iddia olunub.
Zərərçəkmiş ifadəsində zorla avtomobilə mindirildiyini, daha sonra maşına üç nəfərin də əyləşdiyini bildirib. Onun sözlərinə görə, şübhəlilər avtomobillə kimsəsiz əraziyə gedərək burada ona cinsi təcavüz ediblər.
Aparılan araşdırma nəticəsində 25 yaşlı M.Ş.E., 27 yaşlı M.T., 28 yaşlı S.B. və 17 yaşlı F.R. saxlanılıb. Şübhəlilərdən birinin boyaçı, birinin santexnik, digər ikisinin isə bərbər və bərbər köməkçisi olduğu bildirilib. Faktla bağlı istintaq davam edir. Şübhəlilər barəsində yekun hüquqi qərar məhkəmə tərəfindən veriləcək.(lent.az)













