Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türkiyədən MÜHÜM ANONS – Azərbaycan-Ermənistan ordusu?

14/08/2026 13:40
Dünya, Manşet, Siyasət
816 34
Türkiyədən MÜHÜM ANONS – Azərbaycan-Ermənistan ordusu?
703
Paylaşım sayı
977
Baxış sayı

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə “Məkkə sazişi” tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir.

Sitat:

“Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər”.

Qeyd edim ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında “Məkkə sazişi”ni imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.

Azərbaycan və Ermənistan bir hərbi ittifaqda?

Gündəm24.az  globalinfoaz-a istinadən xəbər verir ki, Fidanın Qafqaz üçün “Məkkə sazişi” tipli müdafiə mexanizminin mümkünlüyündən danışması diqqət çəkir. Əslində Azərbaycan–Ermənistan arasında sülhün əldə olunmasından sonra meydana çıxacaq təhlükəsizlik boşluğunun necə doldurulacağı məsələsi uzun müddətdir ki, gündəmdədir. Fidanın fikrində münaqişə bitdikdən sonra regionda əvvəlki təhlükəsizlik balansı qala bilməz və yeni reallığa uyğun yeni mexanizmlər formalaşmalıdır.

“Məkkə sazişi”nin Qafqaza nümunə göstərilməsi də təsadüfi deyil. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan model qarşılıqlı müdafiə öhdəliyinə əsaslanır. Fidanın öz izahında bu mexanizmin məqsədi konkret düşmənə qarşı birləşməkdən daha çox, iştirakçı ölkələrin bir-birinə qarşı təhlükə yaratmamasını və bir-birinin təhlükəsizliyinə təminat verməsini institusional şəkildə rəsmiləşdirməkdir. Yəni söhbət hərbi ittifaqdan yox, regiondakı dövlətlər arasında yeni təhlükəsizlik etimadı yaratmaq cəhdindən gedə bilər.

İrəvan üçün incə detal

Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişə və müharibə vəziyyətini nəzərə alsaq, H.Fidanın yanaşması məntiqlidir. Keçmişdə bir-birini təhlükə kimi görən dövlətlərin gələcəkdə eyni təhlükəsizlik mexanizminin iştirakçısına çevrilməsi sülhün siyasi nəticəsini daha dərin strateji dəyişikliyə çevirə bilər.

Azərbaycan belə bir müdafiə paktında yer ala bilər. Prinsipcə Bakı NATO yada KTMT kimi hərbi ittifaqlara məsafə ilə yanaşsa da, müdafiə paktlarına məsafəli deyil. Xüsusilə söhbət Cənubi Qafqazda təhlükəsizlik və regionun müdafiəsindən gedirsə, bu təklif dəyərləndirilə bilər. Lakin burada Ermənistanın mövqeyi Azərbaycanla eyni olmaya bilər. İrəvanın indiki siyasəti bir təhlükəsizlik mərkəzindən digərinə keçməkdən daha çox, öz manevr imkanlarını genişləndirmək üzərində qurulur. Buna görə Türkiyənin təklif etdiyi mexanizm Ermənistan üçün yalnız o halda məqbul görünə bilər ki, bu struktur Azərbaycan və Türkiyənin dominant olduğu hərbi blok təsiri yaratmasın. Əks halda Ermənistan sülh sazişindən sonra belə özünü başqa bir təhlükəsizlik asılılığının içində görə bilər.

Regionun xəritəsi dəyişir

Daha real ssenari əvvəlcə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlər, informasiya və kəşfiyyat mübadiləsi, sərhəd təhlükəsizliyi, nəqliyyat xətlərinin qorunması və müdafiə sənayesi üzrə əlaqələrin genişləndirilməsidir. Etimad artdıqca bunun təhlükəsizlik mexanizminə çevrilməsi mümkündür. Yəni Türkiyə faktiki olaraq müdafiə paktından öncə onun siyasi zəminini yaratmalıdır.

Bununla belə, Azərbaycan–Ermənistan sülhü regionun kommunikasiya xəritəsini dəyişə bilər. Zəngəzur istiqamətində bağlantıların, Azərbaycan-Ermənistan sərhədinin açılması imkanlarının və Türkiyə ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişlənməsi Cənubi Qafqazı daha böyük iqtisadi məkanın bir hissəsinə çevirə bilər. Belə bir şəraitdə təhlükəsizlik artıq yalnız sərhədlərin qorunması məsələsi olmayacaq. Magistralların, dəmir yollarının, enerji infrastrukturlarının, logistika mərkəzlərinin və ticarət marşrutlarının təhlükəsizliyi də regional təhlükəsizlik gündəliyinə daxil olacaq. Türkiyənin müdafiə mexanizmi ideyası bu iqtisadi perspektivlər nəzərə alındıqda heç də mümkünsüz deyil.

Oxşarxəbərlər

Norveçdə nələr müzakirə olundu?
Dünya

Norveçdə nələr müzakirə olundu?

21/10/2026 00:10
954
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar
Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

20/10/2026 23:25
954
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır
Dünya

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

20/10/2026 23:15
956
Sabah bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Sabah bu ərazilərdə işıq olmayacaq

20/10/2026 23:00
955
Bakıda yeni mikrorayon salınacaq – VİDEO
CƏMİYYƏT

Bakıda yeni mikrorayon salınacaq – VİDEO

20/10/2026 22:55
958
Zəncirvari qəza – Azyaşlı öldü, xəsarət alanlar var
Hadisə

Zəncirvari qəza – Azyaşlı öldü, xəsarət alanlar var

20/10/2026 22:03
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Norveçdə nələr müzakirə olundu?

Norveçdə nələr müzakirə olundu?

21/10/2026 00:10
954
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

20/10/2026 23:25
954
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

20/10/2026 23:15
956
Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

20/10/2026 23:00
955

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
964

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.