18 yaşlı avstraliyalı qolfçu Cessika Benq beyinə qansızma nəticəsində dünyasını dəyişib.
Gündəm24.az xəbər verir ki, bu barədə məlumatı BBC Avstraliyanın peşəkar qadın qolf turunun (WPGA Tour of Australasia) rəsmi bəyanatına istinadən yayımlayıb.
Məlumata görə, avqustun 1-də idmançının Tailandda keçiriləcək turnirə hazırlığı zamanı səhhəti qəfildən pisləşib. O, dərhal Banqkokda yerləşən xəstəxanalardan birinə çatdırılaraq əməliyyat edilib.
Gənc idmançı təxminən iki həftə reanimasiyada qalsa da, bu gün, avqustun 14-də həyatla vidalaşıb.
Benq 2025-ci ilin sonlarında peşəkar idman karyerasına başlayıb. 2026-cı ilin əvvəllərində isə o, karyerasının cəmi beşinci peşəkar çıxışı olan “Ford Women’s NSW Open 2026” regional seçmə turnirində özünün ilk qələbəsini əldə etmişdi./oxu














