Müğənni Ülviyyə Namazova övladının tələbə adını qazanmasını xüsusi şəkildə qeyd edib.
Gündəm24.az xəbər verir ki, sənətçi bu münasibətlə qızına böyük sürpriz edərək ona “Hyundai Elantra” markalı avtomobil hədiyyə edib. Məlumata görə, avtomobilin təxmini dəyəri 40-50 min manat civarındadır.
Ülviyyə Namazova sevincini sosial media hesabında paylaşdığı görüntülərlə izləyiciləri ilə bölüşüb. O, övladının qazandığı uğurdan qürur duyduğunu bildirib.
Sənətçi qızına yeni təhsil həyatında uğurlar arzulayıb və bundan sonra daha böyük nailiyyətlər əldə etməsini diləyib.
Müğənninin qızına etdiyi bahalı sürpriz sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib.(milli.az)













