Sərdar Cəlaloğlu müxtəlif müsahibələrində Qaçaq Nəbi və Həcər xanım haqqında kəskin və mübahisəli fikirlər səsləndirərək, Maksim Qorkinin mətninə istinadən Qaçaq Nəbini “qoyun-keçi oğrusu” adlandırıb. Bu iddialar cəmiyyətdə və sosial mediada geniş müzakirələrə və narazılıqlara səbəb olub.
Gündəm24.az xəbər verir, İlkin Şirinov öz sosial media hesabında və mətbuatda Sərdar Cəlaloğluna açıq cavab verərək bu iddialara qarşı çıxış edib. O, öz açıqlamasında aşağıdakı əsas məqamları vurğulayıb.
Açıqlamada Qaçaq Nəbinin xalq yaddaşında bir qəhrəman kimi qaldığı və konkret sənədlər olmadan səsləndirilən ağır ittihamların elmi və tarixi əsasının olmadığı vurğulanıb.













