Ukrayna Silahlı Qüvvələri Rusiyanın Moskva vilayətində “Wildberries” şirkətinin logistika mərkəzinə dronlarla zərbə endirib.
Gündəm24.az xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb. Hava hücumu zamanı dron “Wildberries”in anbarına düşüb və bundan sonra yanğın baş verib.
İlkin məlumatra görə, xəsarət alan yoxdur. Şirkətin özü də logistika mərkəzinə hücumu təsdiqləyib. Bundan əlavə, dron hücumundan sonra “Mosoblenerqo” şirkəti elektrik şəbəkələrinin zədələndiyini bildirib. Nəticədə 109 transformator yarımstansiyası enerjisiz qalıb.
5 mindən çox istehlakçı və sosial əhəmiyyətli 46 obyekt Likino-Dulyovo və Orexovo-Zuyevo şəhər dairələrində elektrik enerjisindən məhrum olub. “Mosoblenerqo” elektrik enerjisinin verilişini iki saat ərzində bərpa edəcəyinə söz verib.//ajans.az













