Çərşənbə axşamı, Avqust 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan Mətbuat Şurasından Moskvaya kəskin bəyanat

18/08/2026 12:00
CƏMİYYƏT, Manşet, Siyasət
46 1
Azərbaycan Mətbuat Şurasından Moskvaya kəskin bəyanat
60
Baxış sayı

Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yayılması Azərbaycan Mətbuat Şurasının sərt reaksiyasına səbəb olub.

Gündəm24.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası məsələ ilə bağlı yaydığı bəyanatda Rusiya informasiya məkanında müşahidə edilən bu tendensiyanı qətiyyətlə pisləyib.

Bəyanatda bildirilir ki, Rusiya mediasının bəzi təmsilçilərinin Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq ifadələrə, təhdid və təhqirlərə yer verməsi sivil jurnalistika prinsipləri, etik normalar və ümumbəşəri dəyərlərlə tamamilə ziddiyyət təşkil edir.

Mətbuat Şurası xüsusi olaraq vurğulayıb ki, söhbət tək-tək və təsadüfi hallardan getmir. Təəssüf doğuran məqam belə materialların və fikirlərin Rusiya informasiya məkanında ardıcıl şəkildə ortaya çıxmasıdır.

Şura hesab edir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, eləcə də iki ölkənin media qurumları arasında formalaşmış əlaqələrə tamamilə ziddir.

Bəyanatda Azərbaycan mediasının qonşu ölkələrlə, o cümlədən Rusiya ilə bağlı məsələlərə münasibətdə daim həssas və məsuliyyətli davranması da diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan kütləvi informasiya vasitələri peşə prinsiplərindən kənara çıxan fikirlərə və iddialara yer verməyib, jurnalist etikasına riayət etməyə çalışıb.

Məhz buna görə də Rusiya informasiya müstəvisində Azərbaycan əleyhinə belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurur.

Azərbaycan Mətbuat Şurası baş verənləri qətiyyətlə pisləməklə yanaşı, Rusiyanın media ictimaiyyətinə və bütövlükdə cəmiyyətinə də müraciət edib. Şura Azərbaycan–Rusiya media əlaqələrini və ümumən iki xalq arasındakı dostluq münasibətlərini pozmağa yönəlmiş hallara qarşı ciddi tədbirlər görülməsinə çağırıb.

Bəyanatda bir daha vurğulanıb ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlərin, eləcə də təhdid xarakterli iddiaların səsləndirilməsi yolverilməzdir.

Mətbuat Şurasının bəyanatındakı ən sərt məqam isə Rusiya informasiya məkanında belə materialların sistemli xarakter daşımasının mümkün siyasi mənasına dair qiymətləndirmədir.

Şura bildirir ki, Rusiya informasiya məkanının sərt qanunvericiliklə tənzimləndiyi bir şəraitdə Azərbaycan əleyhinə bu cür materialların ardıcıl və sistemli şəkildə ortaya çıxması onların Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində təsdiqlənməsinə bərabər tutula bilər.

Azərbaycan Mətbuat Şurası təhqir və təhdid xarakterli ifadələrə yol verən şəxslərə belə əməllərə görə hüquqi məsuliyyət daşıdıqlarını da bir daha xatırladıb.\Musavat.com

Oxşarxəbərlər

Texniki baxış LƏĞV EDİLİR? Ekspertdən MÜHÜM AÇIQLAMA
CƏMİYYƏT

Texniki baxış LƏĞV EDİLİR? Ekspertdən MÜHÜM AÇIQLAMA

18/08/2026 14:00
52
Tale Heydərov anası ilə fotosunu PAYLAŞDI – FOTO
CƏMİYYƏT

Tale Heydərov anası ilə fotosunu PAYLAŞDI – FOTO

18/08/2026 13:50
51
Sərhəddə vəziyyət necədir? Generaldan açıqlama
CƏMİYYƏT

Sərhəddə vəziyyət necədir? Generaldan açıqlama

18/08/2026 13:12
60
Bakıda GÜCLÜ YANĞIN: FHN əraziyə cəlb edildi
Hadisə

Bakıda GÜCLÜ YANĞIN: FHN əraziyə cəlb edildi

18/08/2026 13:09
50
Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi-FOTO
CƏMİYYƏT

Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi-FOTO

18/08/2026 13:00
66
Mingəçevir Universitetində faciə: Usta qəfil VƏFAT ETDİ
Hadisə

Mingəçevir Universitetində faciə: Usta qəfil VƏFAT ETDİ

18/08/2026 12:55
51

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Texniki baxış LƏĞV EDİLİR? Ekspertdən MÜHÜM AÇIQLAMA

Texniki baxış LƏĞV EDİLİR? Ekspertdən MÜHÜM AÇIQLAMA

18/08/2026 14:00
52
Tale Heydərov anası ilə fotosunu PAYLAŞDI – FOTO

Tale Heydərov anası ilə fotosunu PAYLAŞDI – FOTO

18/08/2026 13:50
51
Sərhəddə vəziyyət necədir? Generaldan açıqlama

Sərhəddə vəziyyət necədir? Generaldan açıqlama

18/08/2026 13:12
60
Bakıda GÜCLÜ YANĞIN: FHN əraziyə cəlb edildi

Bakıda GÜCLÜ YANĞIN: FHN əraziyə cəlb edildi

18/08/2026 13:09
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
72

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

17/08/2026 18:50
148

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

17/08/2026 08:28
71

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
79

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In