Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniya tərəfindən ilhaqına şərait yaradır”
Gündəm24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat bildirib ki, Sandunun rəhbərlik etdiyi Moldova “böyük Avropa ailəsi”nə deyil, Rumıniyaya inteqrasiya edir.
Zaxarovanın sözlərinə görə, bu siyasət ölkənin Rumıniya tərəfindən “aneksiyasına şərait yaradılması” kimi qiymətləndirilə bilər.
O, Moldovanın Avropaya inteqrasiya kursu və əhalinin bu siyasəti dəstəkləməsi ilə bağlı açıqlamaların real vəziyyəti əks etdirmədiyini iddia edib.
“Moldovanın avrointeqrasiya yolundakı uğurları və əhalinin bu kursu dəstəkləməsi barədə danışa bilərsiniz. Lakin real vəziyyət tamamilə əksini göstərir”, – Zaxarova bildirib.
Qeyd edək ki, Maya Sandu 2026-cı ilin yanvarında hipotetik referendum keçiriləcəyi təqdirdə Moldova ilə Rumıniyanın birləşməsinə səs verəcəyini açıqlamışdı. O, eyni zamanda Aİ-yə üzvlüyün Moldova üçün daha real hədəf olduğunu bildirmişdi.
Rusiya XİN-in açıqlaması isə son aylarda Moldova-Rumıniya birləşməsi ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsi fonunda səslənib./globalinfo













