Bazar, Aprel 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

XTQ Şuşaya necə girib? – XTQ kapitanı İLK DƏFƏ DANIŞDI +FOTOLAR

08/11/2025 11:55
CƏMİYYƏT, Manşet, Qarabağ
73 4
XTQ Şuşaya necə girib? – XTQ kapitanı İLK DƏFƏ DANIŞDI +FOTOLAR
97
Baxış sayı

Qayalardan Qələbəyə: XTQ kapitanı Şəmsəddin Qurbanovun döyüş yolu

Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, Zəfər Gününün 5-ci ildönümüdür.

Bu gün təkcə bir qələbənin deyil, milli birliyin, dövlət iradəsinin və xalq ruhunun təntənəsidir.

Beş il öncə, 2020-ci ilin həmin möhtəşəm günündə Azərbaycan Ordusu 28 illik həsrətə son qoyaraq, Qarabağın tacı sayılan Şuşanı işğaldan azad etdi. Şuşanın azad olunması ilə Vətən müharibəsinin taleyi həll olundu, xalqın alnına qürur, tarixə isə əbədi Zəfər yazıldı.Bu zəfər təkcə hərbi uğur deyil, həm də milli dirçəlişin, ruhun və ədalətin bərpasının simvoludur.Bu gün Zəfər Günü bizə bir daha xatırladır ki, bu torpaq qəhrəmanların qanı, xalqın iradəsi və dövlətin qüdrəti ilə qorunur.

Oxu24.com müharibədə qəhrəmanlıq göstərən igidləri tanıtmaqda davam edir.Bu qəhrəmanlardan biri də Şuşa döyüşlərinin canlı yaddaşı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Şəmsəddin Qurbanovdur.

O, Zəfərin tarixini yalnız izləməyib — onu öz qanı, iradəsi və döyüş ruhu ilə yazıb.

Əfsanələr çox vaxt sükutun içindən doğulur. Hər səssiz addımın arxasında bir döyüş, hər yara izinin altında bir tarix yatır.

XTQ kapitanı Şəmsəddin Qurbanov da həmin tarixlərdən biridir — yaşayan, nəfəs alan qəhrəmanlıq dastanı.

44 günlük Vətən müharibəsində yaralanan qəhrəmanımız, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Şəmsəddin Qurbanov əslən Zaqatala rayonunun Muxax kəndindəndir.

O, Şuşaya gedən o sıldırım, dumanlı, soyuq yollarda addımlayıb. Qəlpələr bədənini delib-keçsə də, ruhuna toxuna bilməyib. Qələbəyə aparan yolda, o, ağrını deyil, Vətəni hiss edib.

“Sağ ayağımdan yaralanmışdım. Qəlpələr ayağımı deşik-deşik etmişdi. O an elə bil ayağım yoxdur, hiss etmirdim. Əlimlə toxunanda gördüm ki, yerindədir. 20-30 dəqiqə orada qaldım, sonra silahıma söykənib döyüş meydanını tərk etdim. Döyüş yoldaşlarım məni çıxarmağa çalışırdı, amma icazə vermədim. Bir mənə görə başqası risk etməməli idi. O an tək bir düşüncə vardı – qələbə”.

Bu sözlər təkcə bir əsgərin xatirəsi deyil, bir xalqın yaddaşıdır. XTQ kapitanı Şəmsəddin Qurbanov Şuşa uğrunda döyüşlərdə ölümü gözə alaraq irəliləyib. Qayalarla dolu, addımbaşı təhlükə olan yollardan keçərək, o və silahdaşları noyabrın 6-da Şuşaya daxil olublar.

“O qayalara qalxmaq asan deyildi. Kürəyimizdə onlarla kiloqramlıq çanta, əlimizdə silah, ayağımızın altı uçurum idi. Amma ürəyimizdəki inam bizi yıxmağa qoymurdu. Biz Allaha sığındıq və inandıq ki, Şuşa alınacaq. Alındı da. Düşmən bizim gəlişimizi görüb çaşdı, qorxub qaçdı. Şuşa əsl döyüşlə, əlbəyaxa mübarizə ilə azad olundu. Onlar qadağan olunmuş mərmilərdən belə istifadə etdilər, amma biz geri çəkilmədik. Müharibə uşaq oyuncağı deyil. O, dəmir iradə, düzgün strategiya və iman tələb edir. Bizim qələbəmiz içimizdəki Vətən sevgisinin nəticəsi idi”.

Kapitan Qurbanovun yarası sağalıb, amma yaddaşında o anların izi hələ də təzədir. O, döyüş meydanından qayıdanda artıq təkcə əsgər deyildi. O, bir millətin qürurunu daşıyan qəhrəman idi.

İtkilərimiz oldu, amma o torpaqları geri aldıq.

İtirdiyim yoldaşlardan biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Adil İbrahimli idi.

“Adil elə bir döyüşçü idi ki, ermənilər onunla tək döyüşdüklərini anlamamışdılar. Elə bilirdilər bir bölüklə qarşı-qarşıyadırlar. Yaralı halda belə, o, 11 düşməni məhv edib şəhid oldu. Mən onunla qürur duyuram. Adil məni həmişə “geri baxma” deyib döyüşə səsləyirdi. İndi onun adını körpə qızıma verdiyim Adilə adı ilə yaşadıram. Bununla özümə təskinlik tapıram.”

Şəmsəddin söhbət zamanı Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğana sinəsində Şuşaya qədər apardığı müqəddəs bayrağı təqdim etməsindən də danışdı.

“Bayrağı əvvəlcədən ütüləyib, diqqətlə qablaşdırmışdım. Türkiyə Böyük Millət Məclisində keçirilən görüş zamanı mən 44 günlük Vətən müharibəsi dövründə üçrəngli Azərbaycan bayrağımızla yanaşı, ürəyimin üstündə daşıdığım şanlı Türkiyə bayrağını ona təqdim etdim. Bu bayraq da bizim kimi Zəfərə, Qələbəyə aparan çətin və şərəfli bir yol keçib. Görüşdə bildirdim ki, həmin bayrağı Azərbaycan bayrağı ilə birlikdə Şuşaya qədər aparmışam. Arzum odur ki, döyüşlər zamanı ucaltdığımız o Azərbaycan bayrağını bir gün şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyevə təqdim edim. İnşallah, bu xoşbəxt an mənə nəsib olacaq və o vaxta qədər bu bayrağı böyük ehtiramla qoruyacağam.

Qələbəmizin memarı Cənab Ali Baş Komandandır, bu Zəfərin təminatçıları isə şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır. Prezidentimizin siyasi arenadakı qətiyyəti, masaya vurduğu o dəmir yumruq, əslində döyüş meydanında irəliləyən ordumuzun səsi idi. Hər dəfə o yumruq masaya enəndə, biz bir kəndin, bir qəsəbənin işğaldan azad olunduğu xəbərini alırdıq — beləliklə, Zəfər həm diplomatiyada, həm cəbhədə qazanıldı”.

Şəmsəddin Qurbanov “Vətən uğrunda”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən müharibəsi veteranı” medalları, həmçinin Füzuli, Xocavənd, Şuşa, Cəbrayıl və Kəlbəcərin azad olunmasına görə medallarla təltif edilib.

 

Oxşarxəbərlər

Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

12/04/2026 13:23
55
Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək
CƏMİYYƏT

Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək

12/04/2026 13:09
60
Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO
CƏMİYYƏT

Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO

12/04/2026 12:10
57
Bu şəxslər işdən məcburi çıxarılacaq
CƏMİYYƏT

Bu şəxslər işdən məcburi çıxarılacaq

12/04/2026 11:30
64
Pensiyalarla bağlı vacib AÇIQLAMA
CƏMİYYƏT

Pensiyalarla bağlı vacib AÇIQLAMA

12/04/2026 10:30
57
FHN əhaliyə müraciət etdi
CƏMİYYƏT

FHN əhaliyə müraciət etdi

12/04/2026 10:08
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO

Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO

12/04/2026 13:30
57
Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

12/04/2026 13:23
55
Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək

Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək

12/04/2026 13:09
60
Rəhman Əşrəfov həbs edildi: 320 minlik oğurluq şübhəsi

Rəhman Əşrəfov həbs edildi: 320 minlik oğurluq şübhəsi

12/04/2026 13:01
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
65

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
124

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
137

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.