Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan hansı ölkələrdən silah alır? – ADLAR

11/11/2025 09:15
Hərbi
41 2
Azərbaycan hansı ölkələrdən silah alır? – ADLAR
54
Baxış sayı

Zəfər Günü Bakıda keçirilən parad Azərbaycanın hərbi təchizat xəritəsinin daha da genişləndiyini göstərdi. Paradda ilk dəfə nümayiş etdirilən silahlar, eləcə də yeni alınan texnikalar ölkəmizin bir mənbədən asılı olmadığını sübut edir.

Modern.az-ın apardığı araşdırmaya görə, Azərbaycan 10-dan artıq ölkədən silah və texnika alır.

Son illər Türkiyə, İsrail və Pakistandan alınan hərbi məhsullar ordumuzun dəqiq zərbə qabiliyyətini artırıb.

Paradda İsrail istehsalı olan sistemlərin kütləvi iştirakı diqqəti çəkib. Paradda nümayiş etdirilən “Elbit Systems” şirkətinin PULS modul reaktiv artilleriya sistemi və ona inteqrasiya edilən “Predator Hawk” raketləri konteynerlərdən buraxılır və təxminən 300 kilometrə qədər məsafədəki hədəflərə dəqiq zərbə endirmək gücünə malikdir.

“Rafael” şirkətinin “IceBreaker” əməliyyat-taketiki raketləri də ilk dəfə paradda nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı tətbiq edilən 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi xüsusi diqqət çəkib. Bunlardan başqa İsrail istehsalı zirehli texnikalar, pilotsuz uçuş aparatları və digər texnikalar paradda iştirak edib.

Türkiyədən alınan “Roketsan” şirkətinin istehsal etdiyi TRLG-230 və TRG-300 kimi yerüstü dəqiq atəş sistemləri paradın mühüm hissəsini təşkil edib. Bu sistemlərin pilotsuz uçuş aparatları ilə birgə işləyə bilən lazer və GPS/INS yönümlü məhvetmə qabiliyyətləri Azərbaycan prioritet verdiyi texnologiyalar sırasındadır. Eyni zamanda “Bayraktar TB2” və daha ağır sinif “Akıncı” PUA-ları ölkənin pilotsuz uçuş aparatları parkının əsasını təşkil edir.

Çindən alınan HQ-9BE (FD-2000B) uzunmənzilli zenit-raket kompleksi 2025-ci ildə ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Açıq mənbə məlumatlarına görə, bu sistem 250–260 kilometrə qədər məsafədə hava hədəflərini nəzərə alma qabiliyyətinə malikdir və S-300, Buk və Tor kimi mövcud sistemi tamamlayaraq çoxlaylı hava müdafiəsi arxitekturasının “yuxarı qatını” gücləndirir.

Hərbi aviasiya sahəsində Pakistanla 2024-cü ildə əldə olunan razılaşmanın nəticəsi kimi JF-17 Block III qırıcılarının silahlanmaya qəbul edilməsi paradda diqqətə çatdırılıb. Block III versiyası AESA radarları və müasir hava-hava, hava-yer silahlarının inteqrasiyası ilə təchiz olunub və region üçün önəmli döyüş-aviasiya qabiliyyəti təqdim edir.

İtaliya istehsalı C-27J Spartan taktiki nəqliyyat təyyarəsi isə paradda yeni daxil olmuş platformalardan biri kimi göstərilib, bu təyyarə qısa eniş zolaqlarında əməliyyat aparmaq və təxminən 11 ton faydalı yük daşımaq imkanına malikdir.

Artilleriya parkının yenilənməsi Avropa mənbələrindən də davam etdirilir. Belarus istehsalı “Polonez-M” sistemləri, Çexiyanın DANA və DITA haubitsaları, eləcə də Serbiyanın NORA B-52 haubitsaları paradda nümayiş etdirilib. Rusiyadan əvvəllər alınan texnikalar, Cənubi Afrika Respublikası ilə birgə istehsal edilən zirehli maşınlar, həmçinin bəzi Avropa ölkələrindən alınan kiçik silahlar da paradda Azərbaycanın gücünü dünyaya göstərdi.

Nəticə etibarilə, Azərbaycanın silah tədarükü çoxmənbəli xarakter daşıyır. İsrail və Türkiyədən alınan dəqiq zərbə və PUA texnologiyaları, Çindən alınan strateji hava müdafiə sistemləri, Pakistandan alınan döyüş təyyarələri və Avropa mənbələrindən modern artilleriya kompleksləri Azərbaycanın hərbi potensialının həm coğrafi, həm də texnoloji baxımdan şaxələndiyini göstərir.

Oxşarxəbərlər

Xalq artistinin oğluna vəzifə verildi: rütbəsi artırıldı
Hərbi

Xalq artistinin oğluna vəzifə verildi: rütbəsi artırıldı

21/02/2026 12:04
53
Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
Hərbi

Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

14/02/2026 14:24
59
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu – FOTO
Hərbi

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu – FOTO

13/02/2026 13:49
60
Kərim Vəliyev üçün özəl gün… – FOTOLAR
Hərbi

Kərim Vəliyev üçün özəl gün… – FOTOLAR

09/02/2026 14:24
54
Azərbaycanın hərbi məhsulları beynəlxalq sərgidə – FOTOLAR
Hərbi

Azərbaycanın hərbi məhsulları beynəlxalq sərgidə – FOTOLAR

09/02/2026 12:44
70
General-leytenant təqaüdə göndərildi – FOTO
Hərbi

General-leytenant təqaüdə göndərildi – FOTO

07/02/2026 10:15
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
60
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
53
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
68

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.