Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hörmüz böhranı Azərbaycanın XEYRİNƏ ÇEVRİLİR

08/09/2026 00:07
Manşet, Siyasət
792 41
Hörmüz böhranı Azərbaycanın XEYRİNƏ ÇEVRİLİR
690
Paylaşım sayı
958
Baxış sayı

Yaxın Şərqdə davam edən gərginlik fonunda dünyanın diqqəti yenidən Hörmüz boğazına yönəlib. Qlobal enerji bazarının ən mühüm arteriyalarından biri hesab olunan bu strateji su yolunda mümkün məhdudiyyətlər neft və qaz bazarlarında ciddi dəyişikliklər yaratmadadır. Lakin prosesin Azərbaycan üçün mənzərəsi digər neft və qaz ixrac edən ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Çünki Azərbaycanın neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Aralıq dənizinə çıxışı təmin olunur, təbii qaz isə Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr vasitəsilə Türkiyə və Avropa bazarlarına nəql edilir.

Bu mənada Hörmüz boğazında yaranan məhdudiyyət Azərbaycan üçün yalnız risklər mövzusunu deyil, həm də ölkənin alternativ və etibarlı enerji marşrutlarına malik olmasının strateji üstünlüyünü gündəmə gətirir. Qlobal bazarda müəyyən enerji resurslarının hərəkətinin çətinləşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna əlavə diqqət yarada bilər.

Hörmüz boğazında uzunmüddətli məhdudiyyətlər Azərbaycanın enerji ixracının strateji əhəmiyyətini daha da artıra bilərmi?

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-da qeyd etdi ki, sentyabrın əvvəlindən Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlıdır: “İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bunu rəsmən elan edib, ABŞ isə boğaz ətrafında hərbi əməliyyatlarını davam etdirir. Lakin rəsmi bəyanatla sahədəki reallıq tam üst-üstə düşmür. ABŞ-nin energetika naziri Kris Rayt bildirmişdi ki, boğazdan tranzit hazırda gündə 9 milyon bareldən artıqdır. Bu münaqişədən əvvəlki səviyyənin təxminən üçdə ikisi qədərdir. Başqa sözlə, “bağlanma” elanı ilə faktiki axının tamamilə dayanması arasında fərq var. Vəziyyət qeyri-sabitdir, lakin tam kollaps deyil.

Bu fon Azərbaycanın enerji ixracını yenidən diqqət mərkəzinə gətirib. Səbəb sadədir. Ölkənin əsas ixrac marşrutları bu böhrandan struktur baxımından kənardadır.

Bununla belə, “kənarda qalmaq” o demək deyil ki, Azərbaycan böhrandan tamamilə təsirsiz qalır. Ölkə fiziki marşrut baxımından qorunsa da, qiymət baxımından qlobal bazarın bir hissəsidir. Gərginliyin pik nöqtəsində Brent markalı neftin qiyməti bir barel üçün 1,48 dollar artaraq 94,58 dollara çatmışdı, avqust ayında isə boğazın yenidən açılması ilə bağlı davam edən qeyri-müəyyənlik növbəti qiymət yüksəlişinə səbəb olub. Neft gəlirləri Brent qiymətinə bağlı olduğundan, Hörmüzdəki hər yeni gərginlik dalğası bilavasitə dövlət gəlirlərinə təsir edir.

Amma bu təsirin nə qədər davamlı olacağı sual altındadır. İndiki qiymət artımı qısamüddətli xarakter daşıyır, çünki İranın neft infrastrukturuna dəyən zərər boğazdan keçən faktiki daşımalara əhəmiyyətli təsir göstərmir. Bu qiymətləndirmə düzgündürsə, Azərbaycan büdcəsi üçün indiki əlavə gəlir konyuktur xarakterlidir və struktur planlaşdırmada ehtiyatla nəzərə alınmalıdır. Bu il gələn əlavə gəlir gələn il təkrarlanacağına zəmanət vermir”.

Deputatın sözlərinə görə, marşrut tərəfində mənzərə fərqlidir və daha ehtiyatlı təhlil tələb edir: “Avropanın diqqətinin Xəzər-Cənub dəhlizinə yönəlməsi özlüyündə əlavə ixrac həcmi demək deyil. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi artıq layihə gücünə yaxın işləyir. Sərbəst tutum məhduddur. Deməli, Azərbaycanın bu böhrandan real, uzunmüddətli divident əldə etməsi üç konkret addımdan asılıdır. TAP xəttinin ötürücülük gücünün genişləndirilməsi, üçüncü tərəf mənbələrdən (məsələn, Türkmənistan və ya Qazaxıstan qazından) əlavə həcmlərin cəlb edilməsi və yeni uzunmüddətli təchizat müqavilələrinin bağlanması şərtdir. Bunların heç biri Hörmüz böhranının avtomatik nəticəsi deyil. Hər biri ayrıca kommersiya danışıqları və infrastruktur investisiyası tələb edir.

Nəticə etibarilə, Hörmüz böhranı Azərbaycana iki ayrı kanaldan təsir edir və bu iki kanalı qarışdırmaq analitik səhv olardı. Birincisi qiymət kanalıdır ki, birbaşadır, müsbətdir, amma müvəqqətidir və Azərbaycanın öz iradəsindən asılı olmayan bazar şərtlərinin nəticəsidir. İkincisi isə marşrut kanalıdır. Dolayıdır, potensial baxımından daha dəyərlidir, lakin mövcud infrastrukturun tutum məhdudiyyəti ilə şərtlənib”.

N.Həmzəyev xüsusi olaraq vurğuladı ki, bugünkü yüksək neft qiymətlərindən gələn əlavə gəlir Bakının “Avropanın etibarlı enerji tərəfdaşı” statusunun avtomatik möhkəmlənməsi demək deyil: “Bu status yalnız infrastruktur genişlənməsi real addımlara çevrilərsə formalaşa bilər”.

Oxşarxəbərlər

İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur
Manşet

İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

18/10/2026 23:08
954
21 Yaşlı Gənc Bıçaqlandı
Manşet

21 Yaşlı Gənc Bıçaqlandı

18/10/2026 21:06
960
Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”
Manşet

Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

18/10/2026 21:01
968
Zelenski bunu “tarixi səhv” adlandırdı
Manşet

Zelenski bunu “tarixi səhv” adlandırdı

18/10/2026 20:10
968
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 
Manşet

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 

18/10/2026 20:03
964
Türkiyə təyyarələri Rusiyaya uça bilmədi – Səbəb 
Manşet

Türkiyə təyyarələri Rusiyaya uça bilmədi – Səbəb 

18/10/2026 17:33
970

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

18/10/2026 23:10
952
İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

18/10/2026 23:08
954
21 Yaşlı Gənc Bıçaqlandı

21 Yaşlı Gənc Bıçaqlandı

18/10/2026 21:06
960
Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

18/10/2026 21:01
968

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.