“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ölkədəki “Əməkdar jurnalist” fəxri adı və dövlət tərəfindən ayrılan təqaüdlərlə bağlı sərt tənqidi fikirlər səsləndirib.
Gündəm24.az xəbər verir ki, baş redaktor sosial şəbəkə hesabında bu sahədəki mexanizmin şəffaf olmadığını və ciddi suallar doğurduğunu bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda çoxsaylı Əməkdar jurnalistlər fəaliyyət göstərir və onlar hər ay dövlət büdcəsindən 200 manat məbləğində təqaüd alırlar, lakin onların əmək məhsuldarlığının necə ölçüldüyü bəlli deyil:
“Mən savadsız adamam, bəlkə siz bilirsiz, məsələn, fermer saxladığı quzuların sayına görə mükafat, fəxri ad, Fərman, Diplom alardı… Bəs jurnalistlərin əməyi necə hesablanır, bunun monitorinqini aparan qurum varmı? Yoxsa, bu adı al, ayda 200 manatı çırpışdır, sonra da dava sal ki, niyə məni səfirlərlə birgə Qarabağa yeyib-içməyə aparmadılar?!”
Asif Mərzilinin bu açıqlaması media ictimaiyyətində və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.//nocomment.az













