Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məktəbin qapısından keçməyən şagirdlər: 9-11-ci siniflərdə nə baş verir?

16/09/2026 18:02
Elm və təhsil
807 25
Məktəbin qapısından keçməyən şagirdlər: 9-11-ci siniflərdə nə baş verir?
688
Paylaşım sayı
956
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Son illərdə yuxarı sinif şagirdlərinin məktəbə davamiyyəti ilə bağlı müxtəlif problemlər gündəmə gəlir. Xüsusilə 9, 10 və 11-ci siniflərdə bəzi şagirdlərin dərslərdə mütəmadi iştirak etmədiyi, əsas diqqəti isə repetitor yanına hazırlığa yönəltdiyi bildirilir. Bəzi hallarda şagirdlərin məktəbə yalnız formal olaraq qeydiyyatda olduğu ilə bağlı iddialar da səsləndirilir.

Bəs yuxarı siniflərdə məktəbə davamiyyətin aşağı olmasının əsas səbəbləri nələrdir və bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, hazırda bununla bağlı vəziyyətin təmayül məktəbləri vasitəsilə müəyyən qədər yaxşılaşacağı gözlənilir:

“Hazırkı vəziyyətdə çoxlu şagird var ki, 10-11-ci, hətta 9-cu sinifdə məktəbə getməyin vaxt itkisi olduğunu düşünür. Çünki müxtəlif dərslərə qoşulmaq, digər fənlərin tələblərini yerinə yetirmək uşaqlara əngəl olur və onlar universitetə hazırlaşa bilmirlər. Tələbələr, xüsusilə abituriyentlər hazırlığa gedirlər. Deyirlər ki, orta məktəbdə bizim universitetə hazırlaşmağa vaxtımız olmur. Həm də müəllimlər 20-25 nəfərin, 30 nəfərin arasında yaxşı dərs öyrədə bilmirlər. Bir qisim uşaq oxumaq istəyir, bir qisim isə oxumaq istəmir. Belə mühitdə də, əlbəttə, universitetə hazırlaşmaq çətindir. Ona görə də oxumaq istəyən uşaqlar adlarını məktəbə yazdırırlar, amma məktəbə getmirlər. Bu, uzun illərdir ki, Azərbaycanda davam edən bir ənənədir, təəssüf ki”.

Müsahibimiz əlavə etdi ki, indi həmin vəziyyəti yaxşılaşdırmaq üçün təmayül məktəbləri açılır:

“Təmayül məktəbləri əgər özünü doğruldarsa, o zaman təmayül məktəbinə gedən uşaq repetitora getməyəcək. Məktəb onun tələblərini yerinə yetirəcəyi üçün artıq repetitorluq azalacaq və məktəbə davamiyyət artacaq. Amma bu, o demək deyil ki, təmayül məktəbinə gedənlərin arasında repetitora gedən olmayacaq. Yenə də olacaq. Niyə? Çünki bir qisim şagirdlər sinif mühitində öyrənə bilmirlər. Onlar fərdi nəzarət, fərdi qayğı və fərdi diqqət istəyirlər. Ona görə də yenə onların arasından repetitora gedənlər olacaq.

Amma istər-istəməz bu, nisbətən də olsa, məktəbə adını yazdırmaq ənənəsinin qarşısını alacaq. Hətta özəl məktəbə belə adını yazdıran insanlar var idi. Düşünə bilirsinizmi? Yəni özəl məktəbdə adı gedir, amma məktəbə getmir. Bu qədər deyək ki, Azərbaycanda təhsillə bağlı qəribə vəziyyətlər var. Amma düşünürəm ki, əgər məktəb mühiti şagirdin öyrənməsinə uyğun şərait yarada bilsə, o zaman repetitorluq aradan qalxar, davamiyyət isə artar”.

Oxşarxəbərlər

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru
Elm və təhsil

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru

19/09/2026 13:48
958
UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib
Elm və təhsil

UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib

19/09/2026 12:33
957
MÜTDA-dan bağça müəllimləri üçün mühüm açıqlama
Elm və təhsil

MÜTDA-dan bağça müəllimləri üçün mühüm açıqlama

19/09/2026 00:20
965
Tamştatlı müəllim seçimi: MÜTDA meyarları açıqladı
Elm və təhsil

Tamştatlı müəllim seçimi: MÜTDA meyarları açıqladı

18/09/2026 23:53
969
Bakıda məktəblərlə bağlı QƏRAR: Onlayn tədris başlayır
Elm və təhsil

Bakıda məktəblərlə bağlı QƏRAR: Onlayn tədris başlayır

18/09/2026 12:15
956
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Elm və təhsil

Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ

17/09/2026 18:34
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Beynəlxalq aeroportun yaxınlığında ard-arda PATLAYIŞLAR!- Bu ölkədə

Beynəlxalq aeroportun yaxınlığında ard-arda PATLAYIŞLAR!- Bu ölkədə

19/09/2026 16:41
956
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular – VİDEO

Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular – VİDEO

19/09/2026 16:22
956
Təyyarədə dava düşdü – ANBAAN VİDEO

Təyyarədə dava düşdü – ANBAAN VİDEO

19/09/2026 16:04
964
Prezident məşhur şairin xanımını təltif etdi – FOTO

Prezident məşhur şairin xanımını təltif etdi – FOTO

19/09/2026 15:52
959

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.